CƏFƏROV Kamal Xaqani oğlu
1989-cu il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr proqramını, London Kral Universitetinin Beynəlxalq vergi hüququ üzrə magistraturasını, Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Antikorrupsiya elmləri üzrə magistr proqramını fərqlənmə diplomları ilə bitirmişdir. İngilis, rus və fransız dillərini bilir.
2012–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin Hüquqi təminat şöbəsində aparıcı məsləhətçi, Beynəlxalq və ictimai əlaqələr şöbəsində baş məsləhətçi, şöbə müdirinin müavini, sektor müdiri işləmiş, hərbi xidmət keçmişdir. 2014–2016-cı illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Katibliyinin böyük məsləhətçisi, 2016–2020-ci illərdə isə katibi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Avstraliya və Yeni Zelandiya, Böyük Britaniya, Fransa, İtaliya, Lüksemburq, Macarıstan, Pakistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi
Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi
Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Lüksemburg parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Azad Əhmədbəyli