MƏHƏRRƏMOV Bəhruz Abdurrəhman oğlu

Dairə: 66 saylı Biləsuvar seçki dairəsi

1983-cü il avqustun 22-də Zərdab rayonunun Ağabağı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. 1 monqorafiya, 3 kitab, 7 tədris proqramı və 30-dan çox elmi məqalənin müəllifidir. İngilis, rus və ivrit dillərini bilir.
2003–2010-cu illərdə «Azad Azərbaycan» Teleradio Yayım Şirkətinin «Xəbərlər» redaksiyasının müxbiri, redaktor müavini, redaktoru olmuş, 2010-cu ildən Azərbaycan Beynəlxalq Bankı Tədris mərkəzində hüquqşünas, 2011-ci ildən «Media İnvest» MMC-də «Discovery Azerbaijan» jurnalının hüquqşünası, baş redaktor müavini, 2012-ci ildən «AvroMed Company» MMC-də baş direktorun müavini, Hüquq şöbəsinin müdiri işləmişdir. 2015–2018-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Mülki hüquq şöbəsinin məsləhətçisi, 2019–2020-ci illərdə «Paşa Sığorta» ASC-nin Hüquq xidmətinin rəhbəri vəzifələrində çalışmışdır. 2018–2020-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuşdur. 2013-cü ildən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi və dosentidir.
Bitərəfdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Argentina, Avstraliya və Yeni Zelandiya, Cənubi Afrika Respublikası, İordaniya, Kuba, Qətər, Pakistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU