İBRAHİMLİ Fəzail Feyruz oğlu
2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.
1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 100-dək elmi əsərin, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Rus dilini bilir.
1973–1977-ci illərdə Yardımlı rayonunda orta məktəb müəllimi işləmişdir. 1977–1982-ci illərdə hərbi xidmətdə olmuş, aspiranturada təhsil almışdır. 1982-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin professorudur.
Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Evlidir, 3 övladı var.