QULİYEV Rüfət Atakişi oğlu

Dairə: 73 saylı Lənkəran şəhər seçki dairəsi

1963-cü il mayın 6-da Bakı şəhərində anadan olmuşdur. Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 300-dək elmi əsər və məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Türkiyə–Azərbaycan İş Adamları Birliyinin həmsədridir.
1986-cı ildən Azərbaycan Politexnik İnstitutunda baş laborant, müəllim, baş müəllim, 1997-ci ildən Azərbaycan Texniki Universitetində dosent vəzifələrində çalışmışdır. 1999–2017-ci illərdə «European Tobacco-Baku» ASC İdarə Heyətinin sədri olmuşdur. 2013-cü ildən Azərbaycan Texniki Universitetinin İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının ictimai əsaslarla müdiridir.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Danimarka, Hindistan, İtaliya, Moldova, Peru parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Siyasi məsələlər və iqtisadi əməkdaşlıq daimi komissiyası sədrinin müavinidir.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU