ƏSGƏROV Ziyafət Abbas oğlu

Dairə: 76 saylı Lənkəran-Astara seçki dairəsi

1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. «Şərəf» və «Şöhrət» ordenləri ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. Hüquq üzrə fəlsəfə doktoru, professordur. Müxtəlif dərslik, dərs vəsaiti və onlarca elmi məqalənin müəllifidir. Rus və fransız dillərini bilir.

1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan komissiyanın işçi qrupunun üzvü olmuşdur.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1982–1984-cü illərdə hərbi xidmət keçmiş, 1985–1990-cı illərdə ali məktəbdə təhsil almışdır. 1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, Hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və müdiridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək Milli Məclis Sədrinin müavini, 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclis Sədrinin birinci müavini vəzifələrində çalışmışdır.
2000-ci il noyabrın 24-dən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri olmuşdur, 2015-ci il noyabrın 24-dən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir. Çin və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU