MƏMMƏDOV İqbal Nəriman oğlu

Dairə: 78 saylı Lerik seçki dairəsi

1965-ci il yanvarın 6-da Lerik rayonunun Rəzgov kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsini bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
1988-ci ildən Sov.İKP-nin XXII qurultayı adına NQÇİ-də operator, mühasib, iqtisadçı, 1990-cı ildən «28 Aprel» NQÇİ-də baş mühasibin müavini, 1991-ci ildən N.Nərimanov adına NQÇİ-də baş mühasib, şöbə rəisi, Qum adası NQÇİ-də baş mühasib işləmişdir. 1996–1999-cu illərdə «Kaspi-Yıldız» Azərbaycan–Türkiyə müştərək müəssisəsi idarə heyətinin sədri olmuşdur. 1999–2000-ci illərdə Əzizbəyov Rayon Vergilər Müfəttişliyinin Qeyridövlət müəssisələrində vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət şöbəsinin müfəttişi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi Şəxslərdə Vergi Qanunvericiliyinə Əməl Edilməsinə Nəzarət Baş İdarəsinin Ticarət və xidmət təşkilatlarında vergi qanunvericiliyinə nəzarət şöbəsinin böyük müfəttişi, 2000–2010-cu illərdə «KaspiYıldız» Azərbaycan–Türkiyə müştərək müəssisəsi idarə heyətinin sədri, «Azqazservis» MMC-nin baş direktoru vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvüdür. Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Çili, İndoneziya, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Malayziya, Niderland, Özbəkistan, Türkiyə, Ukrayna, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Üzv olduğu komitə və komissiyalar:
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
Aqrar siyasət komitəsi

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU