İSMAYİLOV Şahin Əmir oğlu

Dairə: 81 saylı Beyləqan seçki dairəsi

1986-cı il fevralın 7-də Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini, eləcə də Fransaşünaslıq ixtisası üzrə magistr pilləsini bitirmişdir. Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Fransız, ingilis və rus dillərini bilir.
2008–2009-cu illərdə Azərbaycan Dillər Universitetində Tələbə Gənclər Təşkilatının sədri, Tədris hissəsinin dispetçeri, İnformasiya resursları kompleksinin baş mütəxəssisi vəzifələrində çalışmışdır. 2009–2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Müşahidə Şurasının üzvüdür.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Gənclər və idman komitəsi sədrinin müavinidir. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Kanada, Koreya, Latviya, Litva, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU