RZAYEV Tahir Musa oğlu

Dairə: 82 saylı Ağcabədi seçki dairəsi

1950-ci il fevralın 24-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 21 kitabın və elmi məqalələrin müəllifidir. Rus dilini bilir.
1968–1970-ci illərdə hərbi xidmət keçmiş, 1970-ci ildən Ağcabədi rayonunda tikinti idarələrində fəhlə, 1971-ci ildən «Sürət» qəzetinin ədəbi işçisi, 1977-ci ildən rayon Komsomol Komitəsinin ikinci katibi, birinci katibi, 1982-ci ildən Rayon Partiya Komitəsinin təlimatçısı, 1987-ci ildən Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Rayon Partiya Komitəsinin ikinci katibi, 1989−1994-cü illərdə Rayon Yemçilik Birliyində fəhlə, «Ülfət» qəzetində ədəbi işçi, «Aran» qəzetində şöbə müdiri işləmişdir. 1994–1999-cu illərdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, İcra Hakimiyyətinin şöbə müdiri, 1999– 2001-ci illərdə Ağcabədi şəhər bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ekvador, Əfqanıstan, Norveç, Pakistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU