BAYRAMOV Vüqar İbad oğlu
1975-ci il iyunun 13-də Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini və Vaşinqton Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 37 elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
1999–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, 2001–2002-ci illərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin məsləhətçisi olmuş, 2015–2019-cu illərdə Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə proqramlarında iqtisadiyyat üzrə milli ekspert, «Pricewater House Coopers» audit şirkətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə birgə dəstək proqramının maliyyə üzrə milli eksperti kimi çalışmışdır. 2019-cu ildən İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədridir.
Bitərəfdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Avstriya, Belçika, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, İtaliya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Əmək və sosial siyasət komitəsi
Avronest Parlament Assambleyası
Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Eltun Ağakişiyev