CƏFƏROVA Tamam Şaməmməd qızı

Dairə: 85 saylı Şamaxı seçki dairəsi

1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Elmi məqalələr və metodiki tədris vəsaitlərinin müəllifidir. Rus və ingilis dillərini bilir.
1981–2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, dosenti, 2007–2019-cu illərdə Bakı Dövlət Universitetinin dosenti vəzifələrində çalışmışdır. 2019-cu ildən Azərbaycan Dillər Universitetinin prorektoru, dosentidir. 2006–2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Çin, Qazaxıstan, Latviya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU