ASLANOV Novruzəli Davud oğlu

Dairə: 86 saylı İsmayıllı seçki dairəsi

1963-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirmişdir. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. «Tərəqqi» medalı, 3-cü dərəcəli və 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. 11 kitabın, yüzlərcə musiqi əsərinin müəllifidir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
1985-ci ildən Bakı elektron-hesablayıcı maşınlar zavodunda mühəndis-konstruktor, böyük mühəndis, şöbə müdiri, direktor müavini işləmişdir. 1991-ci ildən «Azərağackağız» İdarəsinin rəis müavini, rəisi, «Azərağackağız» Səhmdar Cəmiyyətinin sədri, prezidenti vəzifələrində çalışmışdır. 1999–2003-cü illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri olmuşdur. 2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Albaniya, Belarus, Bəhreyn, Bosniya və Herseqovina, Danimarka, Kuba, Monteneqro, Pakistan, Rusiya, Serbiya, Tacikistan, Ukrayna, Uruqvay, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf
Üzv olduğu komitə və komissiyalar:
Aqrar siyasət komitəsi
Mədəniyyət komitəsi

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU