KƏRİMLİ Tahir Zayıdağa oğlu

Dairə: 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi

1956-cı il martın 5-də Ağsu şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir.
1974–1976-cı illərdə hərbi xidmət keçmiş, 1977-ci ildən Ağsu şəhərindəki 1 saylı orta məktəbdə təsərrüfat müdiri işləmişdir. 1979–1982-ci illərdə Ağsu Aqrar İstehsalat Birliyində fəhlə, hüquqşünas, hüquq məsləhətçisi, Hüquq bürosunun rəisi, 1982–1986-cı illərdə Ağsu Xalq Məhkəməsinin iclas katibi və hakimi əvəzi, 1987–1992-ci illərdə İsmayıllı rayonunun xalq hakimi vəzifələrində çalışmışdır. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 1993–1998-ci illərdə «Bakı və Kəndlər Birliyi»nin Hüquq şöbəsinin müdiri olmuşdur.
Vəhdət Partiyasının sədridir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Braziliya, Çin, Qətər, Pakistan, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Vəhdət Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU