HACIYEV Sabir Kamal oğlu

Dairə: 88 saylı Göyçay seçki dairəsi

1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əməkdar hüquqşünasdır. Rus və ingilis dillərini bilir.
1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, Azərbaycan Respublikasının hüquq siyasəti üzrə dövlət müşaviri olmuşdur.
Bitərəfdir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Qətər, Liviya, Lüksemburq, Polşa, Rusiya, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
2 övladı var.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU