OSMANOV Cavid Həmid oğlu

Dairə: 90 saylı Ağdaş seçki dairəsi

1975-ci il fevralın 6-da Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini bitirmişdir. Rus dilini bilir.
2001–2002-ci illərdə Ağdaş Rayon Gənclər, Turizm və İdman İdarəsinin baş inspektoru, 2002–2005-ci illərdə rəisi, 2005-ci ildən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhəri üzrə nümayəndəsi vəzifələrində çalışmış, 2006–2016-cı illərdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuşdur.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ağdaş rayon təşkilatının sədridir.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Gənclər və idman komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, Çin, Gürcüstan, İtaliya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU