HƏSƏN Ramil Sahib oğlu
1978-ci sentyabrın 23-də Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Krans Montana Forumunun qızıl medalı ilə təltif edilmişdir. İngilis və rus dillərini bilir.
1999–2001-ci illərdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbə bələdiyyəsi sədrinin müavini olmuş, 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi, 2009–2013-cü illərdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA-nın) baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Gənclər və idman komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. İspaniya, İtaliya, Qətər, Moldova, Özbəkistan, Rumıniya, Serbiya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.