HÜSEYNOV Sofiq Kəlbi oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 48 saylı Ağdam kənd
1950-ci il iyulun 22-də Zəngilan rayonunun Çöpədərə kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 48 №-li Ağdam kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət komissiyasının sədridir. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU