ORUC Zahid Məhərrəm oğlu

Dairə: 94 saylı Bərdə kənd seçki dairəsi

1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əli İsmayıl kəndində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
1996–2000-ci illərdə Azərbaycan EA-nın Fotoelektronika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 2019-cu ilin fevralından Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədridir.
Bitərəfdir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir. Almaniya Federativ Respublikası, Böyük Britaniya, Danimarka, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU