ALIYEV Sahib Eyvaz oğlu
1964-cü il yanvarın 2-də Ermənistan Respublikası Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əməkdar jurnalistdir. Rus və alman dillərini bilir.
1982–1984-cü illərdə hərbi xidmət keçmiş, 1984–1991-ci illərdə ali məktəbdə təhsil almışdır. 1991-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Moskvada xüsusi müxbiri, şərhçisi, 1992–1994-cü illərdə baş redaktor müavini, 1995–1998-ci illərdə «Panorama», «Avrasiya» qəzetlərinin baş redaktoru, 1998-ci ildən «ANS» televiziya şirkətinin redaktoru, 2001-ci ildən «Mərkəz» qəzetinin baş redaktoru, 2003-cü ildən «Lider» televiziyasının redaktoru və siyasi icmalçısı olmuşdur. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri, 2007–2010-cu illərdə «Lider» televiziyasında siyasi icmalçı, analitik qrupun rəhbəri vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Avstriya, Belarus, Kanada, Qazaxıstan, Malta, Niderland, Özbəkistan, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Honduras parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Ədalət Həsənov