MƏMMƏDOV Anar İlyaz oğlu

Dairə: 96 saylı Goranboy-Naftalan seçki dairəsi

1984-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
2005–2006-cı illərdə hərbi xidmət keçmiş, 2007–2012-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi «Bakı Sərnişin Nəqliyyatı» MMC-də müfəttiş, bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmış, 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. AzərbaycanSlovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Gürcüstan, Qazaxıstan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 

Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU