MƏMMƏDOV Anar İlyaz oğlu
1984-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
2005–2006-cı illərdə hərbi xidmət keçmiş, 2007–2012-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi «Bakı Sərnişin Nəqliyyatı» MMC-də müfəttiş, bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmış, 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. AzərbaycanSlovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Gürcüstan, Qazaxıstan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi
Asiya Parlament Assambleyası
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyası
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Nigeriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Elçin Cahangirov