VƏLİYEV Ağalar İsrafil oğlu
1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. «Şöhrət» və 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. Rus dilini bilir.
1976–1978-ci illərdə hərbi xidmət keçmiş, 1978-ci ildən Yevlax dəmir-beton məmulatı zavodunda fəhlə, texnik-laborant, mühəndis, şöbə rəisi, baş mühəndis, direktor vəzifələrində çalışmışdır. 1991-ci ildən «Azəravtoyol» İstehsalat Birliyi Yevlax Körpütikinti Kombinatının baş direktoru, 1993-cü ildən Yevlax 2 saylı «Yoltəmirtikinti» trestinin rəisi, 1996-cı ildən «Azəraqrartikinti» Dövlət Şirkətinin prezidenti, 1998-ci ildən «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. 2015-ci ildən «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Çexiya, Çin, İsrail, Macarıstan, Mərakeş, Özbəkistan, Rumıniya, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiya həmsədrinin müavini, Türkdilli Ölkələrin Parlament Assambleyasında və ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 1 övladı var.
Türk Dövlətləri Parlament Assambleyasi
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyası
Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: İlham Musayev