BAYRAMOV Kamran Fərhad oğlu

Dairə: 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi

1979-cu il noyabrın 10-da Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini və Hüquqşünas ixtisası üzrə magistr pilləsini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1999–2007-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin böyük inspektoru, aparıcı mütəxəssisi, baş mütəxəssisi, idarə rəisinin müavini, 2007– 2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi, baş məsləhətçisi, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Çexiya, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Lüksemburq, Polşa, Serbiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda və NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Üzv olduğu komitə və komissiyalar:
Regional məsələlər komitəsi
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi
Üzv olduğu Beynəlxalq təşkilatlar:
Parlamentlərarası İttifaq
NATO Parlament Assambleyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU