ƏLƏKBƏROVA Nigar İbrahim qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 49 saylı Ağdaş
1956-cı il martın 9-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının musiqi tarixi və nəzəriyyəsi şöbəsini bitirmişdir. Fəlsəfə elmləri namizədi, dosentdir. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 49 №-li Ağdaş seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri komissiyası sədrinin müavinidir. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU