HÜSEYNOVA Sevinc Əmirəhməd qızı
1970-ci il yanvarın 28-də Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. 1 monoqrafiya və 8 məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidentidir.
1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində inspektor, 1994–2006-cı illərdə Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006–2009-cu illərdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini-şöbə müdiri işləmişdir. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi-kollegiyanın məsul katibi, Regionlar ilə iş və kadrlar şöbəsinin aparıcı məsləhətçisi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Gənclər və idman komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Almaniya Federativ Respublikası, Belarus, Kanada, Qazaxıstan, Mavritaniya, Misir, Polşa, Rusiya, Türkiyə, Yaponiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 1 övladı var.
Əmək və sosial siyasət komitəsi
Gənclər və idman komitəsi
Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Elxan İsmayılov