AĞAYEVA Ülviyyə Cavanşir qızı

Dairə: 106 saylı Tovuz-Qazax- Ağstafa

1978-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini, eləcə də Dilşünaslıq ixtisası üzrə magistr pilləsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Dövlət qulluğu müşaviridir. 1 monoqrafiyanın, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Ümumdünya Sülh Federasiyası tərəfindən Sülh səfiri adına layiq görülmüşdür. Rus və ingilis dillərini bilir.
1999–2000-ci illərdə «Azercell Telekom» Birgə Müəssisəsinin mütəxəssisi, 2005–2008-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin müəllimi olmuş, 2008– 2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 2015-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisidir.
Bitərəfdir.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2018–2020-ci illərdə Avropa Şurasının Parlament Assambleyasında Azad de¬mokratlar qrupu sədrinin müavini, Mədəniyyət, elm, təhsil və media komitəsi səd¬rinin müavini olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Avstriya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Danimarka, İspaniya, İsveç, İsveçrə, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Mərakeş, Niderland, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf
Üzv olduğu komitə və komissiyalar:
Mədəniyyət komitəsi
Elm və təhsil komitəsi
Üzv olduğu Beynəlxalq təşkilatlar:
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU