NAMAZOV Eldar Saqif oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 50 saylı Ağstafa
1956-cı il dekabrın 23-də Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 50 №-li Ağstafa seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür. Evlidir, 1 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU