FEYZİYEV Cavanşir Əyyub oğlu

Dairə: 115 saylı Şəki kənd ikinci seçki dairəsi

1963-cü il iyulun 12-də Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız və ingilis dilləri üzrə tərcümə fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 8 monoqrafiyanın, 70-dən çox elmi məqalənin müəllifidir. Rus, ingilis və fransız dillərini bilir.

1991-ci ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu Tərcümə kafedrasının müəllimi və həmin institutun nəzdindəki «Linqvist» tədris-tərcümə mərkəzinin icraçı direktoru işləmişdir. 1994-cü ildən Belçikanın «Sərhədsiz həkimlər» beynəlxalq humanitar təşkilatında tərcüməçi, 1995-ci ildən ABŞ-ın «Philip Morris» şirkətinin Qafqaz nümayəndəliyində şöbə müdiri, 1998-ci ildən «Planet Ko Ltd» şirkətinin direktoru vəzifələrində çalışmışdır. 2003–2010-cu illərdə «Avromed» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmuşdur. 2013-cü ildən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq əlaqələr komissiyasının sədridir.
Bitərəfdir.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Fransa, İrlandiya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Serbiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 
Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri, Türkdilli Ölkələrin Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. 
Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU