SADIQOV Bəxtiyar Yusif oğlu

Dairə: 119 saylı Ağdam kənd

1951-ci il yanvarın 10-da Ağdam şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Əməkdar jurnalistdir. İki dəfə «Qızıl qələm» mükafatı laureatıdır. 5 kitabın müəllifidir. Rus dilini bilir.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
1975-ci ildən «Abşeron» qəzetinin korrektoru, müxbiri, şöbə müdiri, redaktor müavini, 1987-ci ildən «Kommunist» qəzetinin baş müxbiri, şöbə müdiri, 1990-cı ildən «Həyat» qəzetinin bölgə müxbiri, 1992-ci ildən «Azərbaycan» qəzetinin müxbiri, şöbə müdiri vəzifələrində çalışmışdır. 2002-ci ildən «Azərbaycan» qəzetinin baş redaktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-Ekvador parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İspaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU