ABBASZADƏ Mahir Tapdıq oğlu

Dairə: 121 saylı Laçın seçki dairəsi

1975-ci il oktyabrın 27-də Laçın rayonunun Vağazin kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin İqtisadi nəzəriyyə fakültəsini bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2 monoqrafiya, 21 elmi məqalə və 6 elmi tezis müəllifidir. Rus və ingilis dillərini bilir.
1997–2001-ci illərdə Güzdək Tikinti Materialları Kombinatı Kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankı Sumqayıt filialının mütəxəssisi, 2003–2015-ci illərdə «Zaminbank» ASC-nin Gənclik filialının xəzinə müdiri, mühasibi, müdiri vəzifələrində çalışmışdır. 2018-ci ildən Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Avstriya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Braziliya, İsveçrə, Kanada, Qazaxıstan, Mərakeş, Pakistan, Serbiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Üzv olduğu komitə və komissiyalar:
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
Gənclər və idman komitəsi
Üzv olduğu Beynəlxalq təşkilatlar:
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası
Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:
Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Sudan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv

Köməkçi: Abbas Kərimli
Telefon: +99455 636-37-36
E-mail: 121sayli_sd@meclis.gov.az

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU