MİRZƏYEV Mikayıl Şahvələd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 51 saylı Ağsu –Kürdəmir
1947-ci il yanvarın 1-də Şamaxı rayonunun Talış kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirmişdir. Azərbaycanın xalq artistidir. Dosentdir. Rus dilini bilir. Azərbaycan Demokrat Sahibkarlar Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 51 №-li Ağsu-Kürdəmir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Demokrat Sahibkarlar Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU