MƏMMƏDOV Aqil Sadiq oğlu

Dairə: 123 saylı Kəlbəcər seçki dairəsi

1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Pedaqoji fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Rus dilini bilir.
1979–1981-ci illərdə hərbi xidmət keçmiş, 1981–1983-cü illərdə Kəlbəcər rayonunun Ağdaban kəndində kolxozda çalışmış, 1983–1987-ci illərdə ali məktəbdə təhsil almışdır. 1987–2006-cı illərdə Göygöl rayonunda Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, İdman komitəsinin sədri, «Məhsul» idman cəmiyyətinin məşqçi-müəllimi, orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmiş, 2006–2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyəti Aparatının böyük referenti, İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. 2013–2020-ci illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Kanada, Norveç, Özbəkistan, Türkiyə, Uruqvay parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU