HƏMZƏYEV Naqif Ələşrəf oğlu
Dairə: 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi
1983-cü il mayın 24-də Ermənistan Respublikası Vardenis rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Bakı Dövlət Universiteti Tarix
fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. İngilis və rus dillərini bilir.
2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universitetində müəllim, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru, 2012-ci ildən İnformasiya Texnologiyaları və Beynəlxalq Əlaqələr Mərkəzi İnnovasiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013–2014-cü illərdə Gəncə Şəhər Kəpəz Rayon İcra
Hakimiyyəti başçısının müavini, 2015-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olmuşdur.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədridir.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Çin, Gürcüstan, Qazaxıstan, Latviya, Mavritaniya, Portuqaliya, Sloveniya, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası