BÜNYADOV Teymur Əmiraslan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 59 saylı Qazax
1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 59 №-li Qazax seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının sədridir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU