RAMAZANOV Kərim Nəzir oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 60 saylı Qax–Zaqatala
1947-ci il martın 1-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Beynəlxalq Energetika Akademiyasının vitse-prezidentidir. Bitərəfdir. 1996-cı il fevralın 4-də 60 №-li Qax-Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Büdcə məsələləri komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU