MUSAYEV Maksim Talib oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 62 saylı Qobustan-Siyəzən-Xızı
1938-ci il avqustun 18-də Ermənistan Respublikası Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Sankt-Peterburqda Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri namizədidir. Rus və erməni dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasımn üzvüdür. 1995-ci il noyabrın 12-də 62 №-li Qobustan-Siyəzən-Xızı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyası sədrinin müavinidir. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU