OSMANOV Hikmət Saleh oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 64 saylı Quba–Dəvəçi
1957-ci il iyulun 30-da Quba rayonunun Cimi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1996-cı il fevralın 4-də 64 №-li Quba-Dəvəçi seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasımn üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU