ƏLİYEV Adil Abış oğlu
2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.
1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Mühəndis-şturman fakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nun magistraturasını bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. «İgidliyə görə» medalı ilə təltif edilmişdir. 1 monoqrafiyanın müəllifidir. Rus dilini bilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının, Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının üzvüdür.
Azərbaycan Kikboksinq Federasiyası İcraiyyə Komitəsinin sədridir.
1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləmişdir. 1999–2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsi Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olmuşdur. 2002-ci ildən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin bölmə rəisi, Yasamal Rayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Gənclər və idman komitəsinin sədridir. Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədridir.
Evlidir, 3 övladı var.