RÜSTƏMXANLI Sabir Xudu oğlu
1946-ci il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri namizədidir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Rus dilini bilir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
1995-ci il noyabrın 12-də 70 №-li Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür.
Evlidir, 3 övladı var.