AĞALAROV Əlövsət İbrahim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 71 saylı Kəlbəcər–Tərtər–Xocalı –Laçın
1954-cü il yanvarın 20-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olmuşdur. Sankt-Peterburqda Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və fars dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 71 №-li Kəlbəcər-Tərtər-Xocalı-Laçın seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU