CƏBİYEV Rizvan İsrafil oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 72 saylı Kürdəmir
1940-ci il dekabrın 5-də Kürdəmir rayonunun Axtaçı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 72 №-li Kürdəmir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU