Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
25 iyun 2021   
    

25 iyun 2021

Layihə

 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12 (I kitab), maddələr 2524, 2534; 2019, № 1, maddə 23, № 5, maddələr 792, 812, № 7, maddə 1197, № 12, maddələr 1897, 1907; 2020, № 7, maddə 832, № 11, maddə 1333; Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 281-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.3-cü maddə "kommersiya mübahisələri" sözləri "mübahisələr" sözü ilə, "kommersiya məhkəməsinin" sözləri "məhkəmənin" sözü ilə əvəz edilsin;

1.2. 9.3-cü maddənin üçüncü cümləsindən "tərəfləri dəvət etmədən" sözləri çıxarılsın;

1.3. 10-cu maddə üzrə:

1.3.1.   aşağıdakı məzmunda 10.8-1-ci maddə əlavə edilsin:

"10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.";

1.3.2.   10.10-cu maddədən "və şəxsi teleqraf" sözləri çıxarılsın;

1.4. 10-1-ci maddə üzrə:

1.4.1.   10-1.3-cü maddəyə "məhkəmə icraatı" sözlərindən sonra ", habelə "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı" sözləri əlavə edilsin;

1.4.2.   10-1.4-cü maddə ləğv edilsin;

1.4.3.   10-1.5-ci maddədə "və 10-1.4-cü maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

1.4.4.   aşağıdakı məzmunda 10-1.9-cu maddə əlavə edilsin:

"10-1.9. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin, "Elektron məhkəmə" informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir.";

1.5. Aşağıdakı məzmunda 10-2-ci maddə əlavə edilsin:

"Maddə 10-2. Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi

10-2.1. Məhkəmə aşağıdakı hallarda məhkəmə icraatını işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (qanuni nümayəndəsinin), vəkilin, şahidin, ekspertin, mütəxəssisin, tərcüməçinin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər:

10-2.1.1. işdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;

10-2.1.2. tərəflərdən hər hansı birinin bu Məcəllənin 255.0.1-255.0.3-cü maddələrində nəzərdə tutulmuş səbəblərdən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda və iş üzrə icraat dayandırılmadıqda;

10-2.1.3. işdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri və şahidlərin azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;

10-2.1.4. təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə, hərbi vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu Məcəllənin 10-2.1-ci maddəsində göstərilən şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə;

10-2.1.5. məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda.

10-2.2. Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi üçün məhkəmə öz təşəbbüsü ilə və yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardad qəbul edir.

10-2.3. Məhkəmə icraatı videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində məhkəmə iclas zalına ötürülməsini, icraatın aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir.

10-2.4. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclaslarının və prosessual hərəkətlərin videoyazısı aparılmalı, videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda işə əlavə edilməlidir.";

1.6. 13-cü maddə üzrə:

1.6.1.   maddənin adından "normativ" sözü çıxarılsın;

1.6.2.   13.1-ci maddəyə "hüquqi aktlara," sözlərindən sonra "Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə," sözləri əlavə edilsin və həmin maddədə ", habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə" sözləri "və normativ xarakterli aktlara" sözləri ilə əvəz edilsin;

1.7. 19-cu maddə üzrə:

1.7.1.   maddənin adından "və hakimə etiraz etmək üçün əsaslar" sözləri çıxarılsın;

1.7.2.   19.1.3-cü maddəyə "işin" sözündən sonra "mahiyyəti üzrə" sözləri əlavə edilsin və maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

1.7.3.   aşağıdakı məzmunda 19.1.4 - 19.1.6-cı maddələr əlavə edilsin:

"19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;

19.1.5. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa;

19.1.6. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa.";

1.7.4.   19.2-ci maddə ləğv edilsin;

1.8. 23-cü maddə üzrə:

1.8.1.   23.2-ci maddədə "tərkibinə" sözü "hakimlərinə ayrı-ayrılıqda" sözləri ilə əvəz edilsin;

1.8.2.   aşağıdakı məzmunda 23.5-ci maddə əlavə edilsin:

"23.5. Apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə ayrı-ayrılıqda edilmiş etiraz təmin edilmişsə, bu halda iş kassasiya instansiyası məhkəməsi tərəfindən başqa apellyasiya instansiya məhkəməsinə verilir.";

1.9. Aşağıdakı məzmunda 24.3-cü maddə əlavə edilsin:

"24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.";

1.10. 28-ci maddədə "məhkəmələr" sözü "Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq" sözləri ilə əvəz edilsin;

1.11. 32.7-ci maddənin üçüncü cümləsində "kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir" sözləri "iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir" sözləri ilə əvəz edilsin;

1.12. 35.3-cü maddəyə "iddia," sözündən sonra "ərazi" sözü əlavə edilsin;

1.13. 36.8-ci maddə ləğv edilsin;

1.14. 39.1-ci maddədə "Tikintiyə, qurğuya, torpaq sahəsinə" sözləri "Daşınmaz əşyaya" sözləri ilə, "tikintinin, qurğunun, torpaq sahəsinin" sözləri hər iki halda "daşınmaz əşyanın" sözləri ilə, "sahibkarın" sözü "mülkiyyətçinin" sözü ilə əvəz edilsin;

1.15. 40-cı maddə üzrə:

1.15.1.   40.2-ci maddənin birinci cümləsindən "mübahisəli" sözü çıxarılsın;

1.15.2.   40.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər.";

1.16. 45-ci maddə üzrə:

1.16.1.   maddənin adında "aidiyyət" sözü "ərazi aidiyyəti" sözləri ilə əvəz edilsin;

1.16.2.   45.1-ci maddə aşağıdakı redaksiyada verilsin

"45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.";

1.16.3.   45.2-ci maddədə "Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim" sözləri "Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı" sözləri ilə əvəz edilsin;

1.17. 49.5-ci maddədən ", inzibati" sözü çıxarılsın;

1.18. 50.1-ci maddənin ikinci cümləsindən "vəzifəli şəxslər," sözləri çıxarılsın;

1.19. 51.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.";

1.20. 53-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.";

1.21. 54.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.";

1.22. 55.1-ci maddədə "məhkəmə qətnamə çıxarana qədər" sözləri "işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər" sözləri ilə əvəz edilsin;

1.23. 57.1-ci maddədən "iş üzrə birinci instansiya məhkəməsi tərəfindən" sözləri çıxarılsın;

1.24. 60-cı maddədə "birinci instansiya məhkəməsi" sözləri "məhkəmə" sözü ilə əvəz edilsin;

1.25. 71-ci maddə üzrə:

1.25.1.   71.4-cü maddə ləğv edilsin;

1.25.2.   71.5-ci maddədə "Etirazların" sözü "Bu Məcəllənin 71.1-71.3-cü maddələrində nəzərdə tutulmuş şəxslərə verilən etirazların" sözləri ilə əvəz edilsin;

1.26. 77.2-ci maddə ləğv edilsin;

1.27. 78-ci maddə üzrə:

1.27.1. 78.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.";

1.27.2. aşağıdakı məzmunda 78.1-1-ci maddə əlavə edilsin:

"78.1-1. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.";

1.27.3. 78.4-cü maddədə "iki yüz iyirmi" sözləri "iki min" sözləri ilə əvəz edilsin;

1.28. 79.3-cü maddəyə "ekspertlər" sözündən sonra ", mütəxəssislər" sözü əlavə edilsin;

1.29. 89.3-cü maddədə "Lazımi" sözü "Yazılı" sözü ilə əvəz edilsin;

1.30. 95.3-cü maddədən "10.9 və" sözləri çıxarılsın və həmin maddədə "maddələrinin" sözü "maddəsinin" sözü ilə əvəz edilsin

1.31. 97.1-ci maddənin birinci cümləsinə "şəxsin" sözündən sonra "yazılı qaydada verilən əsaslandırılmış" sözləri əlavə edilsin;

1.32. 106-cı maddə üzrə:

1.32.1.   106.3-cü maddənin ikinci cümləsində "Faktın" sözü "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın" sözləri ilə əvəz edilsin;

1.32.2.   106.4-cü maddədən "həqiqi" sözü çıxarılsın;

1.33. 108.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir:

108.1.1. iddia ərizəsi verildikdə;

108.1.2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə;

108.1.3. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə;

108.1.4. məhkəmə əmri haqqında ərizə verildikdə;

108.1.5. müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə;

108.1.6. iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə;

108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə;

108.1.8. qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə;

108.1.9. məhkəmə aktlarının surətləri təkrarən verildikdə.";

1.34. 112-ci maddə üzrə:

1.34.1.   112.4-cü maddədən ikinci cümlə çıxarılsın;

1.34.2.   aşağıdakı məzmunda 112.5-ci və 112.6-cı maddələr əlavə edilsin:

"112.5. İddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır.

112.6. İddianın qiyməti açıq-aşkar əmlakın bazar qiymətinə uyğun olmadıqda, onun dəyəri məhkəmə tərəfindən müəyyən olunur.";

1.35. 113.1-ci maddədə "dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir" sözləri ", habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır" sözləri ilə əvəz edilsin;

1.36. 119.1-ci və 119.2-ci maddələrdə "münasib" sözü "mütənasib" sözü ilə əvəz edilsin;

1.37. 135.7-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat "Elektron məhkəmə" informasiya sistemində qeyd edilir.";

1.38. 138.1-ci və 138.2-ci maddələrə "vəzifələri," sözündən sonra "işə şifahi və ya yazılı icraat qaydasında baxılması," sözləri əlavə edilsin;

1.39. Aşağıdakı məzmunda 139.3-cü və 139.4-cü maddələr əlavə edilsin:

"139.3. Məhkəmə bildirişində verilmiş apellyasiya və kassasiya şikayətinin qərarın ləğv edilməsinə yönəldiyi və ya şikayətdə ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmetinin bölünməz olduğu halda, mübahisələndirilən hissə ilə bağlı işdə iştirak edən digər şəxslərin şikayət vermək hüquqlarından vaxtında istifadə etməmələrinin, habelə dəlillərini irəli sürməmələrinin sonradan şikayət vermə hüquqlarını aradan qaldırması ilə nəticələnəcəyi xüsusi olaraq izah edilməlidir.

139.4 İşə yazılı icraat qaydasında baxılması barədə bildirişdə bu Məcəllənin 139.2.1, 139.2.3-139.2.8-ci maddələrində nəzərdə tutulmuş məlumatlar, apellyasiya və kassasiya instansiyası icraatında isə həmçinin işdə iştirak edən şəxslərə şikayətlərə dair onların etiraz və ya izahatlarının təqdim edilməsinə dair təklif göstərilməlidir.";

1.40. 149-cu maddə üzrə:

1.40.1. 149.2.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);";

1.40.2.   149.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;";

1.41. 150-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:

150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla);

150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;

150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla);

150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd;

150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri;

150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir).

150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

150.3. İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir.";

1.42. 151.3-cü maddədə "10" rəqəmləri "5" rəqəmi ilə əvəz edilsin;

1.43. 152-ci maddə üzrə:

1.43.1.   152.1.1-ci maddəyə "edilmədikdə" sözündən sonra "və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə" sözləri əlavə edilsin;

1.43.2.   152.1.3-cü maddəyə "ərazi" sözündən sonra "və ya məhkəmə" sözləri əlavə edilsin;

1.43.3.   152.1.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 152.1.10-cu maddə əlavə edilsin:

"152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə.";

1.44. 153-cü maddə üzrə:

1.44.1.   153.2.1-ci maddəyə "qaydasında" sözündən sonra "və ya mülki məhkəmə icraatı qaydasında" sözləri əlavə edilsin";

1.44.2.   153.3-cü maddənin ikinci cümləsinə "qaydasında" sözündən sonra "və ya mülki məhkəmə icraatı qaydasında" sözləri, "orqana" sözündən sonra "və ya məhkəməyə" sözləri əlavə edilsin;

1.45. 154-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 154. İddia ərizəsinə etiraz etmə

154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

154.2. İddiaya etirazda aşağıdakılar göstərilməlidir:

154.2.1. etirazın göndərildiyi məhkəmənin adı;

154.2.2. işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (əgər etirazı nümayəndə təqdim edirsə), şahidin və məhkəmə iclasına dəvət etdiyi digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);

154.2.3. iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə;

154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar;

154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı;

154.2.6. olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə);

154.2.7. əlavə olunmuş sənədlərin siyahısı.

154.3. İddiaya etiraz nümayəndə vasitəsi ilə verilirsə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

154.4. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir.

154.5. İşdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir.

154.6. İddiaya etiraz işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndənin imzaladığı etiraza onun işi aparmağa səlahiyyətini təsdiq edən sənədlər əlavə edilir.";

1.46. 155-ci maddə üzrə:

1.46.1.   155.1-ci maddənin ikinci cümləsində "baxılmasına başlanana kimi" sözləri "məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər" sözləri ilə əvəz edilsin;

1.46.2.   155.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.";

1.47. 13-cü fəslin adı aşağıdakı redaksiyada verilsin:

"Fəsil 13. Müvəqqəti təminat tədbirləri";

1.48. 157-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi

157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.

157.4. İddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.

157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırmalıdır:

157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı;

157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.";

1.49. 158-ci maddə üzrə:

1.49.1.   158-ci maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri";

1.49.2.   158.1-ci maddədə "İddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə" sözləri "Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə" sözləri ilə əvəz edilsin;

1.49.3.   158.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü tətbiq edə bilər.";

1.49.4.   158.5.1-ci maddədə "50% miqdarında" sözləri "50 faizinədək miqdarda" sözləri ilə əvəz edilsin;

1.49.5.   158.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"158.6. Maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır.";

1.50. 159-cu maddə üzrə:

1.50.1.   maddənin adında "İddianı təmin etmək" sözləri "Müvəqqəti təminat tədbirləri" sözləri ilə əvəz edilsin;

1.50.2.   159.1-ci maddədə "İddianı təmin etmək haqqında" sözləri "Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış" sözləri ilə əvəz edilsin və həmin maddəyə "təxirə salınmadan" sözlərindən sonra "ayrıca icraatda" sözləri əlavə edilsin;

1.50.3.   aşağıdakı məzmunda 159.4-cü və 159.5-ci maddələr əlavə edilsin:

"159.4. Məhkəmə aşağıdakı hallarda müvəqqəti təminat tədbirlərin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir:

159.4.1. ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə;

159.4.2. ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda.

159.5. Bu Məcəllənin 159.4.1-ci və 159.4.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər.";

1.51. 160-cı maddə üzrə:

1.51.1.   adında və 160.1-ci maddədə "İddianı təmin etmək" sözləri "Müvəqqəti təminat tədbirləri" sözləri ilə əvəz edilsin;

1.51.2.   160.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"160.2. Müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında qərardad icra edilməsi üçün aidiyyəti orqanlara göndərilir və ya həmin qərardad əsasında icra vərəqəsi verilir. Qərardad və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqana təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər.";

1.52. 161-ci maddə üzrə:

1.52.1.   adında və 161.2-ci maddədə "İddianı təmin etmənin" sözləri "Müvəqqəti təminat tədbirinin" sözləri ilə əvəz edilsin;

1.52.2.   161.1-ci maddədə "iddianı təmin etmə" sözləri "müvəqqəti təminat" sözləri ilə əvəz edilsin;

1.52.3.   161.2-ci maddədə "təmin etmənin" sözləri "müvəqqəti təminat tədbirinin" sözləri ilə əvəz edilsin;

1.53. 162-ci maddə üzrə:

1.53.1.   adında və 162.2-ci maddənin birinci cümləsində "İddianı təmin etmənin" sözləri "Müvəqqəti təminat tədbirinin" sözləri ilə əvəz edilsin;

1.53.2.   162.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.";

1.53.3.   162.2-ci maddənin üçüncü cümləsində "iddianı təmin etmənin" sözləri "müvəqqəti təminat tədbirinin" sözləri ilə əvəz edilsin;

1.53.4.   162.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər.";

1.53.5.   162.4-cü maddədə "onun təmin edilməsi üçün görülmüş tədbirlər" sözləri "müvəqqəti təminat tədbirləri" sözləri ilə əvəz edilsin;

1.54. 163-cü maddə üzrə:

1.54.1.   adında "İddianı təmin etmək haqqındakı" sözləri "Müvəqqəti təminat tədbirinin tətbiqi barədə" sözləri ilə əvəz edilsin;

1.54.2.   163.1-ci maddədə "İddianı təmin etmək məsələləri" sözləri "Müvəqqəti təminat tədbirləri" sözləri ilə əvəz edilsin;

1.54.3.   163.2-ci maddədə "İddianı təmin etmək" sözləri "Müvəqqəti təminat tədbiri" sözləri ilə əvəz edilsin;

1.54.4.   163.3-cü maddədə "İddianın təmin edilməsi" sözləri "Müvəqqəti təminat tədbiri" sözləri ilə əvəz edilsin;

1.54.5.   163.4-cü maddədə "İddianı təmin etməni" sözləri "Müvəqqəti təminat tədbirini" sözləri ilə, "iddianın" sözü "müvəqqəti təminat tədbirinin" sözləri ilə əvəz edilsin;

1.55. 164-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 164. Müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsi

İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.";

1.56. 166.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"166.3. Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər.";

1.57. 167-ci maddə üzrə:

1.57.1.   167.1.1-ci maddədə "iddianın məhkəməyə çıxarılması" sözləri "işin məhkəmə baxışına təyin edilməsi" sözləri ilə əvəz edilsin;

1.57.2.   167.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir;";

1.57.3.   167.1.3-cü maddə ləğv edilsin;

1.57.4.   167.1.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

"167.1.10. Bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə fiziki və hüquqi şəxslərdən və ya orqanlardan sübutlar tələb edir;";

1.57.5.   167.1.11-ci maddədən "təxirə salınmamalı hallarda" sözləri çıxarılsın;

1.58. 168.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"168.1. Hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir.";

1.59. 172-ci maddə üzrə:

1.59.1.   172.1-ci və 172.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"172.1. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır:

172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay;

172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay;

172.1.3. digər mübahisələr dair işlərə 4 ay müddətinə.

172.2. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər.";

1.59.2.   172.3-cü maddədə "qanunla" sözü "bu Məcəllə ilə" sözləri ilə əvəz edilsin;

1.60. 173-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Bu Məcəllədə nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında baxıldığı hallar istisna olmaqla, işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər.";

1.61. Aşağıdakı məzmunda 174.5-ci maddə əlavə edilsin:

"174.5. Məhkəmə, açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.";

1.62. 175-ci maddə üzrə:

1.62.1.   175.1-ci maddədə "dinləməyə" sözü "öyrənməyə" sözü ilə əvəz edilsin;

1.62.2.   175.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"175.3. İşə hakimlərin dəyişilməz tərkibində baxılır. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, işə şifahi dinləmələr keçirilməklə baxılır.";

1.63. 177.3-cü maddədə "əlli beş" sözləri "beş yüz" sözləri ilə əvəz edilsin;

1.64. 184-cü maddə üzrə:

1.64.1. 184.1-ci maddədən ", onların bütün sübutları təqdim edib-etməmələrini, iş materialları ilə tanış olub-olmamalarını aydınlaşdırır" sözləri çıxarılsın;

1.64.2. 184.2-ci maddədə "Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə" sözləri "İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya" sözləri ilə əvəz edilsin;

1.64.3. 184.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"184.3. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.";

1.64.4. aşağıdakı məzmunda 184.5-ci maddə əlavə edilsin:

"184.5. İşdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir.";

1.65. 188-ci maddə üzrə:

1.65.1.   188.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"188.1. İşə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən aşağıdakı müstəsna hallarda yol verilir:

188.1.1. işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə;

188.1.2. iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə;

188.1.3. qarşılıqlı iddia verildikdə;

188.1.4. əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda;

188.1.5. işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə;

188.1.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.";

1.65.2.   188.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"188.3. İşə baxılması 3 dəfədən artıq təxirə salına bilməz.";

1.66. 190-cı maddə üzrə:

1.66.1.   maddənin mətninin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin

"Bundan sonra sədrlik edən iddia və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir.";

1.66.2.   aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olub-olmamasını aydınlaşdırır.";

1.67. aşağıdakı məzmunda 192.3-cü maddə əlavə edilsin:

"192.3. Uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilərlər.";

1.68. 193-cü maddənin mətni 193.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 193.2-ci maddə əlavə edilsin:

"193.2. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında bu Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin tələbi əsasında işdə iştirak etməyən şəxslər tərəfindən təqdim olunmuş yazılı sübutlar, məhkəmə araşdırması gedişində təqdim olunmuş ekspert rəyi, mütəxəssisin məsləhəti, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri, bu Məcəllənin 83-cü, 85-ci və 167.1.11-ci maddələrində nəzərdə tutulmuş qaydada toplanmış yazılı sübutlar və ya onların müayinə protokolları, 105.2-ci maddəsində nəzərdə tutulmuş qaydada toplanmış şahid ifadələri işə baxan məhkəmə tərəfindən elektron məhkəmə icraatı materiallarına əlavə edildikdən sonra tədqiq edilə bilər.";

1.69. 200-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 200. Şəxsi yazışmaların və teleqraf məlumatlarının elan edilməsi

Şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir.";

1.70. 209-cu maddə üzrə:

1.70.1.   209.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"209.1. Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslər və onların nümayəndələrinin bu barədə mövqeyini öyrənməklə iş üzrə halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir.";

1.70.2.   209.2-ci maddə ləğv edilsin;

1.71. 212-ci maddədən "yeni" sözü hər iki halda çıxarılsın və həmin maddəyə "sübutları" sözündən sonra "yenidən" sözü əlavə edilsin;

1.72. 214-cü maddə üzrə:

1.72.1. 214.2-ci maddədə "qətnamə" sözü "qətnamənin nəticə hissəsi" sözləri ilə əvəz edilsin;

1.72.2. 214.4-cü maddənin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

"İşdə iştirak edən şəxslərin tələbi ilə qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış elan olduğu gün həmin şəxslərə rəsmi qaydada verilir.";

1.73. 215-ci maddədə "qətnaməni və yaxud onun" sözləri "qətnamənin" sözü ilə əvəz edilsin;

1.74. 216-cı maddə üzrə:

1.74.1.   maddənin adından "və elan edilməsi" sözləri çıxarılsın;

1.74.2.   216.4-cü maddə ləğv edilsin;

1.75. 217-ci maddə üzrə:

1.75.1.   217.3-cü maddədən "həqiqi" sözü çıxarılsın;

1.75.2.   aşağıdakı məzmunda 217.5-ci maddə əlavə edilsin:

"217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.";

1.76. 218.2-ci maddədə "yeni halları aydınlaşdırmağı və ya əlavə sübutları" sözləri "halları əlavə olaraq aydınlaşdırmağı və ya sübutları əlavə olaraq" sözləri ilə əvəz edilsin;

1.77. 220-ci maddə üzrə:

1.77.1. 220.3-cü maddədən "və ya mülahizələri" sözləri çıxarılsın;

1.77.2. 220.4-cü maddənin birinci cümləsinə "qanun və" sözlərindən sonra "digər" sözü əlavə edilsin, həmin maddədə "normativ" sözü "digər" sözü ilə əvəz edilsin;

1.78. 222.2-ci maddədə "ziyan" sözü "faiz borcunu, zərər" sözləri ilə əvəz edilsin;

1.79. 227.1-ci maddə ləğv edilsin və 227.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"227.2. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır.";

1.80. 228-ci maddə üzrə:

1.80.1.   adında "Qətnamədəki" sözü "Qətnamədə" sözü ilə əvəz edilsin;

1.80.2.   228.2-ci maddəyə "qətnamədə" sözündən sonra "və ya qərardadda" sözləri əlavə edilsin;

1.81. 229-cu maddə üzrə:

1.81.1.   adına "qətnamə" sözündən sonra "və əlavə qərardad" sözləri əlavə edilsin;

1.81.2.   229.1-ci maddəyə "İş üzrə qətnamə" sözlərindən sonra "və ya qərardad" sözləri əlavə edilsin, "əlavə qətnamə" sözlərindən sonra "və ya əlavə qərardad" sözləri əlavə edilsin;

1.81.3.   229.1.1-ci maddəyə "qətnamə" sözündən sonra "və ya qərardad" sözləri əlavə edilsin;

1.81.4.   229.2-ci maddənin birinci cümləsinə "Əlavə qətnamənin" sözlərindən sonra "və ya əlavə qərardadın" sözləri, "məsələyə qətnamənin" sözlərindən sonra "və ya qərardadın" sözləri əlavə edilsin;

1.81.5.   229.2-ci maddənin ikinci cümləsinə "qətnamə" sözündən sonra "və ya əlavə qərardad" sözləri əlavə edilsin;

1.81.6.   229.2-ci maddənin üçüncü cümləsində "əlavə qətnamənin çıxarılması məsələsinə" sözləri "məsələyə" sözü ilə əvəz edilsin;

1.81.7.   229.3-cü maddəyə "qətnamə" sözündən sonra "və ya əlavə qərardad" sözləri əlavə edilsin, "qətnamədən" sözündən sonra "və ya əlavə qərardaddan" sözləri əlavə edilsin;

1.82. 230-cu maddə üzrə:

1.82.1.   adına, 230.4-cü maddənin birinci cümləsinə, 230.5-ci maddəyə "Qətnamənin" sözündən sonra "və ya qərardadın" sözləri əlavə edilsin;

1.82.2.   230.1-ci maddədə ", apellyasiya instansiyası məhkəməsi tərəfindən" sözləri "işdə iştirak edən şəxslərin ərizəsi əsasında" sözləri ilə əvəz edilsin;

1.82.3.   230.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir.";

1.82.4.   230.3-cü maddəyə "Qətnamə" sözündən sonra "və ya qərardad" sözləri əlavə edilsin;

1.82.5.   230.4-cü maddənin ikinci cümləsində "qətnamənin izah edilməsi məsələsinə" sözləri "məsələyə" sözü ilə əvəz edilsin;

1.83. 233.1-ci maddədə "qəbul edildiyi" sözləri "işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi" sözləri ilə əvəz edilsin;

1.84. aşağıdakı məzmunda 236-1-ci maddə əlavə edilsin:

"Maddə 236-1. İcrada dönüş

236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.

236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.

236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur.

236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər.

236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir.

236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir.";

1.85. 254-cü maddə üzrə:

1.85.1.   254.1-ci maddədə "Hakim" sözü "Məhkəmə" sözü ilə əvəz edilsin;

1.85.2.   254.2-ci maddə ləğv edilsin;

1.86. 255.0-cı maddənin birinci abzasında "Hakim" sözü "Məhkəmə" sözü ilə əvəz edilsin;

1.87. 256.0-cı maddənin birinci abzasında "hallarda" sözü "müddətdə" sözü ilə əvəz edilsin;

1.88. 259-cu maddə üzrə:

1.88.1. 259.0.9-cu maddə ləğv edilsin;

1.88.2. 259.0.12-ci maddədə "150.0.1—150.0.3-cü" sözləri "150.1.2-ci və ya 150.1.3-cü" sözləri ilə əvəz edilsin;

1.89. 261.0.1-ci maddəyə "məhkəmədə" sözündən sonra "və ya mülki məhkəmə icraatı qaydasında" sözləri əlavə edilsin;

1.90. 262.3-cü maddədə "İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində" sözləri "Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində" sözləri ilə əvəz edilsin;

1.91. 265.4-cü maddədə "tərəflərin və ya digər şəxslərin hərəkətlərində" sözləri "proses iştirakçılarının və ya digər şəxslərin əməllərində" sözləri ilə əvəz edilsin;

1.92. 266-cı maddə üzrə:

1.92.1. 266.1-ci maddəyə "çıxardığı" sözündən sonra "müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə" sözləri əlavə edilsin;

1.92.2. 266.3-cü maddədə "qərardadı çıxardıqdan sonra" sözləri "müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə" sözləri ilə əvəz edilsin;

1.93. 268.2-ci maddə ləğv edilsin;

1.94. 269-cu maddə üzrə:

1.94.1. 269.1-ci maddəyə "müddətində" sözündən sonra "yazılı icraat qaydasında" sözləri əlavə edilsin;

1.94.2. 269.3-cü maddəyə "verildikdə isə" sözlərindən sonra "həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş" sözləri əlavə edilsin;

1.95. 271.1-ci maddədə "Məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın" sözləri "Protokol məhkəmə iclasının" sözləri ilə əvəz edilsin;

1.96. 273-cü maddəyə "nümayəndələr" sözündən sonra ", həmçinin vəkillər" sözləri əlavə edilsin;

1.97. 278-ci maddə üzrə:

1.97.1. 278.2.2-ci və 278.2.3-cü maddələrə "və ya olduğu yer" sözlərindən sonra "(həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)" sözləri əlavə edilsin;

1.97.2. aşağıdakı məzmunda 278.4-cü maddə əlavə edilsin:

"278.4. Ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur.";

1.98. 283-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz.";

1.99. 284-1-ci maddədə "iki" sözü "beş" sözü ilə əvəz edilsin;

1.100. 284-3-cü maddə üzrə:

1.100.1. 284-3.2.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);

1.100.2. 284-3.2.4-cü maddəyə "sənədlər" sözündən sonra ", əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar" sözləri əlavə edilsin;

1.100.3. aşağıdakı məzmunda 284-3.5-ci maddə əlavə edilsin;

"284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur.";

1.101. 284-4.1.3-cü maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 284-4.1.4-cü maddə ləğv edilsin;

1.102. 284-5.4-cü və 284-5.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır:

284-5.4.1. qarşılıqlı iddia verilərsə;

284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə;

284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə;

284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa.

284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz.";

1.103. 284-6-cı maddə üzrə:

1.103.1.284-6.1-ci maddəyə "iddianın" sözündən sonra "tam və ya qismən" sözləri əlavə edilsin;

1.103.2.284-6.3-cü maddə ləğv edilsin;

1.104. 305.1.7-ci, 305.1.8-ci və 339-341-ci maddələr ləğv edilsin;

1.105. 329.3-cü maddədən "xüsusi" sözü çıxarılsın;

1.106. 338-1-ci maddəyə aşağıdakı məzmuna ikinci cümlə əlavə edilsin:

"Məhkəmə bu barədə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər.";

1.107. 350.1-ci maddənin birinci cümləsində "qərar" sözü "qətnamə" sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Qətnamə yalnız qapalı məhkəmə iclası iştirakçıları üçün elan edilir.";

1.108. Aşağıdakı məzmunda 355-18-1-ci maddə əlavə edilsin:

"Maddə 355-18-1. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddətinin uzadılması

355-18-1.1.Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddəti "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada bankın əsaslandırılmış ərizəsi əsasında işə baxan məhkəmə tərəfindən uzadıla bilər.

355-18-1.2. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddətinin uzadılması haqqında ərizəyə məhkəməyə verildikdən sonra məhkəmə tərəfindən 10 gün ərzində baxılır və qərardad qəbul edilir. Qərardad dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.

355-18-1.3. Həmin qərardaddan şikayət, qərardad rəsmi qaydada işdə iştirak edən şəxslərə verildiyi gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada verilə bilər.";

1.109. 361-ci maddə üzrə:

1.109.1.361.1-ci maddədə "Apellyasiya" sözü "Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya" sözləri ilə əvəz edilsin;

1.109.2.361.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;";

1.109.3.361.1.3-cü maddədə "qətnamə" sözü "məhkəmə aktı" sözləri ilə, "qətnaməni" sözü "həmin aktı" sözləri ilə əvəz edilsin;

1.109.4.361.1.4-cü maddədə "işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar" sözləri "məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi" sözləri ilə əvəz edilsin;

1.109.5.361.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;";

1.109.6.aşağıdakı məzmunda 361.1.6-cı və 361.1.7-ci maddələr əlavə edilsin:

"361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.";

1.110. 363-cü maddə üzrə:

1.110.1.363.1.1-ci maddəyə "imzalanmışdırsa" sözündən sonra ", habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə" sözləri əlavə edilsin;

1.110.2.aşağıdakı məzmunda 363.1.1-1-ci maddə əlavə edilsin:

"363.1.1-1 apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;";

1.110.3.363.1.4-cü maddədə "şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə" sözləri "şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə" sözləri ilə əvəz edilsin;

1.110.4.363.1.4-cü maddənin sonunda nöqtə nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 363.1.5-ci maddə əlavə edilsin:

"363.1.5. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.";

1.111. 364-cü maddənin mətni 364.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 364.2-ci maddə əlavə edilsin:

"364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.";

1.112. 367.1-ci maddədə "əks tərəfə" sözləri "işdə iştirak edən şəxslərə" sözləri ilə əvəz edilsin;

1.113. 369.1-ci maddədə "tanınmasına" sözü "qanuni qüvvəyə minməsinə" sözləri ilə əvəz edilsin;

1.114. 371-ci və 372.5-ci maddələr ləğv edilsin;

1.115. 372.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.";

1.116. 382-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 382. İşin baxılmasına dair məhkəmə aktının çıxarılması və elan edilməsi

382.1. İş üzrə araşdırma yekunaşdıqdan sonra məhkəmə yerində müşavirə apararaq və ya müşavirə otağında səs çoxluğu ilə məhkəmə aktını qəbul edir. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla, məhkəmə aktının giriş və nəticə hissələrini elan edir, məhkəmə aktından şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda onun nəticə hissəsini izah edir.

382.2. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimlərin elektron imzası ilə təsdiq edilməklə "Elektron məhkəmə" informasiya sistemində yerləşdirilir.";

1.117. 383-cü maddədə "Apellyasiya icraatında" sözləri "Şikayətə məhkəmə iclasında baxıldıqda" sözləri ilə əvəz edilsin;

1.118. 384-cü maddə üzrə:

1.118.1. 384.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər;";

1.118.2. aşağıdakı məzmunda 384.0.5-ci və 384.0.6-cı maddələr əlavə edilsin:

"384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8.—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnaməni qismən ləğv edə və ya bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11 maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;

384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.";

1.119. 385-ci maddənin adında və 385.1-ci maddədə "qətnaməsinin" sözü "aktının" sözü ilə əvəz edilsin;

1.120. 387-ci maddə üzrə:

1.120.1. 387.1-ci maddəyə "qətnamənin" sözündən sonra hər iki halda "və ya qərardadın" sözləri əlavə edilsin;

1.120.2. 387.2-ci maddəyə "qətnaməsi" sözündən sonra "və ya qərardadı" sözləri əlavə edilsin;

1.120.3. 387.2.5-ci və 387.2.6-cı maddələrə "qətnamə" sözündən sonra "və ya qərardad" sözləri əlavə edilsin;

1.120.4. 387.2.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 387.2.8-ci və 387.2.9-cu maddələr əlavə edilsin:

"387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa;

387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.";

1.120.5. 387.3-cü maddədə "387.2.7-ci" sözləri "387.2.9-cu" sözləri ilə əvəz edilsin;

1.121. 389-cu və 390-cı maddələrə "qətnamədə" sözündən sonra "və ya qərardadda" sözləri əlavə edilsin;

1.122. 391-ci maddə ləğv edilsin;

1.123. aşağıdakı məzmunda 394-1-ci maddə əlavə edilsin:

"Maddə 394-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə baxılması

394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri əks tərəfə rəsmi qaydada verir.

394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.

394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.";

1.124. 396.2-ci maddə ləğv edilsin;

1.125. 397-ci maddə üzrə:

1.125.1. 397.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.";

1.125.2. aşağıdakı məzmunda 397.3-cü maddə əlavə edilsin:

"397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur.";

1.126. 398.0.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 398.0.4-cü maddə əlavə edilsin:

"398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.";

1.127. 402-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:

402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;

402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;

402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;

402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

402.2.5. bu Məcəllənin 384.0.5-ci maddəsində nəzərdə tutulmuş işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.7-ci maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.";

1.128. 403-cü maddə üzrə:

1.128.1.403.1-ci maddədə "Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından" sözləri  "Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan" sözləri ilə əvəz edilsin;

1.128.2.403.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.";

1.128.3.aşağıdakı məzmunda 403.2-1 - 403.2-3-cü maddələr əlavə edilsin:

"403.2-1. Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir.

403.2-2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir.

403.2-3. Məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına dair qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407 - 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.";

1.129. 403-1-ci maddə üzrə:

1.129.1.403-1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar.";

1.129.2.403-1.6-cı maddəyə "şikayətlərə" sözündən sonra "və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə" sözləri əlavə edilsin;

1.129.3.403-1.8.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 403-1.8.3-cü maddə əlavə edilsin:

"403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər.";

1.129.4.403-1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən:

403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;

403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.";

3.5.  aşağıdakı məzmunda 403-1.10-cu maddə əlavə edilsin:

"403-1.10. Bu Məcəllənin 403-1.8-ci və 403-1.9-cu maddələrinə uyğun olaraq çıxarılmış qərar işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 3 gün müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.";

1.130. 404-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması

404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

404-1.3. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir.";

1.131. 407-ci maddə üzrə:

1.131.1. adına "şikayətinin" sözündən sonra "forması," sözü, "məzmunu" sözündən sonra "və əlavə edilən sənədlər" sözləri əlavə edilsin;

1.131.2. 407.1ci maddədə "Kassasiya" sözü "Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya" sözləri ilə əvəz edilsin;

1.131.3. 407.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;";

1.131.4. 407.1.4-cü maddəyə "tələbi," sözündən sonra "məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi," sözləri, "ibarət olması" sözlərindən sonra ", işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması" sözləri əlavə edilsin;

1.132. 408-ci maddə üzrə:

1.132.1. 408.1-ci maddəyə "hallarda" sözündən sonra "apellyasiya instansiyası məhkəməsi tərəfindən" sözləri əlavə edilsin;

1.132.2. 408.1.1-ci maddədə "407.1-ci maddəsinin" sözləri "402-ci və 407.1-ci maddələrinin" sözləri ilə əvəz edilsin və həmin maddəyə "imzalanmışa" sözündən sonra ", habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə" sözləri əlavə edilsin.

1.132.3. 408.1.2-ci maddə ləğv edilsin;

1.132.4. 408.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 408.1.7-ci maddə əlavə edilsin:

"408.1.6. kassasiya şikayəti işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;

408.1.7. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti bu maddələrinin tələblərinə uyğun verilmədikdə.";

1.132.5. 408.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"408.2. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.";

1.132.6. 408.4-cü maddə ləğv edilsin;

1.132.7. 408.5-ci maddədə "408.1.1—408.1.6-cı" sözləri "408.1.1—408.1.5 və 408.1.7-cı" sözləri ilə əvəz edilsin;

1.133. 409-cu maddənin birinci və ikinci cümlələrində "407-ci maddəsinin" sözləri "402, 405 və 407-ci maddələrinin" sözləri ilə əvəz edilsin;

1.134. 412.1.-ci maddədə "əks tərəfə" sözləri "işdə iştirak edən şəxslərə" sözləri ilə əvəz edilsin;

1.135.   414-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 414. Kassasiya şikayətinə baxılması müddəti və qaydası

414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlidə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.

414.2. Kassasiya şikayətinə məhkəmə iclasında baxılması barədə əsaslandırılmış vəsatət kassasiya şikayəti, yaxud işdə iştirak edən şəxsin kassasiya şikayəti ilə bağlı etirazı və ya izahatı ilə birlikdə verilə bilər.";

1.136. 415-ci maddə üzrə:

1.136.1. 415.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"415.2. İşdə iştirak edən şəxslər, onların nümayəndələri və vəkilləri işə şifahi və ya yazılı qaydada baxılması, işə məhkəmə iclasında baxıldığı halda iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər.";

1.136.2. 415.3-cü maddədə "İclasın" sözü "Kassasiya instansiyasında işə məhkəmə iclasında baxıldıqda, iclasın" sözləri ilə əvəz edilsin;

1.137.   415-1-ci maddə üzrə:

1.137.1. adına "Kassasiya instansiyasında işə" sözlərindən sonra "məhkəmə iclasında" sözləri əlavə edilsin;

1.137.2. 415-1.2-ci maddənin ikinci və üçüncü cümlələri çıxarılsın;

1.138. Aşağıdakı məzmunda 415-2-ci maddə əlavə edilsin:

"Maddə 415-2. Ümumi şərtlər

Kassasiya icraatına bu fəslin və Məcəllənin kassasiya icraatının mahiyyətinə zidd olmayan müddəaları tətbiq olunur.";

1.139. 416-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.";

1.140. 417-ci maddə üzrə:

1.140.1. 417.1.3-cü maddəyə "qərardadını" sözündən sonra  "qismən ləğv edə və ya" sözləri əlavə edilsin;

1.140.2. 417.1.5-ci maddədə "259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu" sözləri "259.0.1-259.0.3, 259.0.8.və 259.0.10-cu" sözləri ilə əvəz edilsin;

1.141. 418-ci maddə üzrə:

1.141.1. 418.4.9-cu maddəyə "işə" sözündən sonra "ərazi aidiyyəti və ya" sözləri əlavə edilsin, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 418.4.10-cu maddə əlavə edilsin:

"418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa.";

1.141.2. 418.5-ci maddədə "418.4.6-418.4.9-cu" sözləri "418.4.6 - 418.4.10-cu" sözləri ilə əvəz edilsin;

1.141.3. 418.6-cı maddəyə "izahlarına" sözündən sonra ", habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə" sözləri əlavə edilsin;

1.142. 419-cu maddə üzrə:

1.142.1. 419.2.7-ci maddədə "məhkəmə iclasında" sözləri "kassasiya şikayətinə baxılmasında" sözləri ilə əvəz edilsin;

1.142.2. 419.2.8-ci maddəyə "qanun və" sözlərindən sonra "digər" sözü əlavə edilsin;

1.142.3. 419.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"419.3. Qərar qəbul edildiyi gün onun nəticə hissəsi barədə məlumat hakimlərin elektron imzası ilə təsdiq edilməklə "Elektron məhkəmə" informasiya sistemində yerləşdirilir. Qərarın tam mətni işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 ay müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.";

1.143. 421-1-ci maddədə "icraatında" sözü "şikayətinə məhkəmə iclasında baxıldıqda" sözləri ilə əvəz edilsin;

1.144. 422-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır.";

1.145. 423-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 423. Şikayət, ərizə və protest vermək hüququ

423.1. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər.

423.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər.

423.3. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda müvafiq prokuror məhkəmə araşdırmasında iddiaçı və ya ərizəçi olmuşsa, Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.

423.4. Şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir.

423.5. Şikayət və ya ərizə onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.";

1.146. 425-ci maddə üzrə:

1.146.1. adında "Təqdimatın, protestin və şikayətin" sözləri "Şikayətin, ərizənin və protestin" sözləri ilə əvəz edilsin;

1.146.2. maddənin mətni 425.1-ci maddə hesab edilsin və həmin maddədə "Təqdimat, protest və şikayət" sözləri "Şikayət, ərizə və protest" sözləri ilə əvəz edilsin;

1.146.3. aşağıdakı məzmunda 425.2-ci maddə əlavə edilsin:

"425.2. Ərizədə qəbul edilən qərarla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır.";

1.147. 426-cı maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 426. Şikayətin, ərizənin və protestin göndərilməsi

426.1. Şikayətə, ərizəyə və ya protestə ilkin olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin hakimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 ehtiyat hakimdən biri ilə əvəz edir.

426.2. Şikayətin, ərizənin və ya protestin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. İşdə iştirak edən şəxslər şikayətin, ərizənin və ya protestin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 20 gündən gec olmayaraq yazılı etirazlarını göndərməyə haqlıdırlar.

426.3. Məhkəmə tərkibi şikayətə, ərizəyə və ya protestə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir:

426.3.1. şikayət, ərizə və ya protestin forma və məzmununa dair bu Məcəllənin 425-ci maddəsinin tələblərinə riayət edilmədikdə, habelə bu Məcəllənin 423.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərin ötürülməsi ilə verildikdə şikayət, ərizə və ya protestin qaytarılması haqqında;

426.3.2. bu Məcəllənin 424.2.2 - 424.2.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda isə şikayət və ya protestin, bu Məcəllənin 424.2.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina haqqında;

426.3.3. bu Məcəllənin 424.2.2 - 424.2.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduqda isə şikayət və ya protestin, bu Məcəllənin 424.2.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ərizənin iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında.

426.4. Bu Məcəllənin 426.3-cü maddəsində nəzərdə tutulmuş qərardadlardan şikayət verilə bilməz.";

1.148. 427-ci maddə üzrə:

1.148.1. adında və 427.2-ci maddədə "Təqdimatın, protestin və ya şikayətin" sözləri "Şikayətin, ərizənin və ya protestin" sözləri ilə əvəz edilsin;

1.148.2. 427.1-ci maddədə "Təqdimatı, protesti və ya şikayəti" sözləri "Şikayəti, ərizəni və ya protesti" sözləri ilə əvəz edilsin;

1.149. 428.2-ci maddə ləğv edilsin;

1.150. 429.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"429.0.4. kassasiya instansiyası məhkəməsinin qərarını tamamilə, yaxud qismən ləğv etmək, bu Məcəllənin 259.0.1, 259.0.2, və 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlamaq və ya bu Məcəllənin 261.0.1—261.0.3, 261.0.6 və 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam vermək;";

1.151. 431-3-cü maddə üzrə:

1.151.1. 431-3.1-ci maddədə "məhkəmə iclasında" sözləri "yazılı icraat qaydasında" sözləri ilə əvəz edilsin;

1.151.2. 431-3.3-cü maddə ləğv edilsin;

1.152. aşağıdakı məzmunda 431-4.2.4-cü maddə əlavə edilsin:

"431-4.2.4. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əlavə kassasiya və yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə tərkibinin bu Məcəllənin 426.3.2-ci və 437.2.2-ci maddələrində nəzərdə tutulmuş qərardadının ləğv edilməsi və ərizəyə, şikayətə, protestə məhkəmə tərkibində yenidən baxılması üçün göndərilməsi barədə.";

1.153. 437-ci maddə üzrə:

1.153.1. 437.1-ci maddənin birinci cümləsinə "məhkəmə tərkibi" sözlərindən sonra "yazılı icraat qaydasında" sözləri əlavə edilsin, həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Ərizənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. İşdə iştirak edən şəxslər ərizənin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gündən gec olmayaraq yazılı etirazlarını göndərməyə haqlıdırlar.";

1.153.2. 437.4-cü maddənin birinci cümləsində "məhkəmə iclasında" sözləri "yazılı icraat qaydasında" sözləri ilə əvəz edilsin, həmin maddənin ikinci və üçüncü cümlələri çıxarılsın;

1.154. aşağıdakı məzmunda 438-1-ci maddə əlavə edilsin:

"Maddə 438-1. Kassasiya instansiyası məhkəməsinin xüsusi qərardadı

438-1.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu bu Məcəllənin 265.4-cü və 265.5-ci maddələrində nəzərdə tutulmuş hallarda, habelə işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.

438-1.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir.";

1.155. 443.0-cı maddəyə "iştirakı ilə olan" sözlərindən sonra "həmçinin" sözü əlavə edilsin;

1.156. Bu Məcəllənin "İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi" Əlavəsi "Əlavə 1" hesab edilsin və aşağıdakı məzmunda "Əlavə 2" və "Əlavə 3" əlavə edilsin:

 

"Əlavə 2

Apellyasiya şikayətinin forması


(şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin kollegiyasının adı)

(şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin kollegiyasının adı)

 

APELLYASİYA ŞİKAYƏTİ

1. Apellyasiya şikayəti verən şəxs

1.1. Ad (fiziki və ya hüquqi şəxsin):______________________________________

1.2. Soyad (fiziki şəxsin):_____________________________________________

1.3. Ata adı (fiziki şəxsin):_____________________________________________

1.4. Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) (fiziki şəxsin): __________________________________________________

VÖEN (hüquqi şəxsin və ya fərdi sahibkar statusuna malik fiziki şəxsin): ____

______________________________________________________________

1.5. Ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan) ______________________________________________________________

______________________________________________________________

1.6. Elektron poçt ünvanı: ____________________________________________

1.7. Mobil telefon nömrəsi (və ya nömrələri):______________________________

1.8. Apellyasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti ______________________________________________________________

 

2 Apellyasiya şikayəti verən şəxsin vəkili

2.1. Ad:___________________________________________________________

2.2. Soyad:________________________________________________________

2.3. Ata adı: ______________________________________________________

2.4. Ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan) ___________________________________________________________________

2.5. Elektron poçt ünvanı:_____________________________________________

2.6. Mobil telefon nömrəsi (və ya nömrələri):_____________________________

2.7. Fəaliyyət forması:

2.7.1. Fərdi qaydada

2.7.2. Vəkillik qurumu tərkibində

Vəkillik qurumunun adı ________________________________________________

2.8. Orderin nömrəsi və tarixi _________________________________________

 

3. Apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi

3.1. Ad:___________________________________________________________

3.2. Soyad:________________________________________________________

3.3. Ata adı: _______________________________________________________

3.4. Ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan) ___________________________________________________________________

3.5. Elektron poçt ünvanı:_____________________________________________

3.6. Mobil telefon nömrəsi (və ya nömrələri):______________________________

3.7. Etibarnamə (və ya səlahiyyəti təsdiq edən digər sənəd):

3.8. Etibarnamənin nömrəsi ___________________________________________

3.9. Kim tərəfindən təsdiq edilmişdir: ____________________________________

3.10. Verilmə tarixi: __________________________________________________

3.11. Qüvvədə olma müddəti: __________________________________________

 

4. Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat

4.1. Qətnaməni və ya qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsinin adı_________________________________________________________________

4.2. Qətnamə və ya qərardadın tarixi və nömrəsi___________________________

4.3. Şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi: _________________

4.4. Mübahisənin predmeti

___________________________________________________________________

5. İşin halları:

 

Bu hissədə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir.

                                                                                                                                                 

 

6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər:

Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

 

Sıra

Maddi hüquq norması

Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)

     
     

 

7. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər:

Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

 

Sıra

Prosessual hüquq norması

Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)

     
     

 

8. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər:

Bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir.

 

                                                                                                                                       
 
 

9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər:

Bu hissədə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməlidir.

                                                                                                                                       
 
 
 
 

10. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər:

Bu hissədə məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməli və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir.

                                                                                                                          

11. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər:

Bu hissədə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar göstərilir. Həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməlidir

 

12. Apellyasiya şikayəti verən şəxsin tələbi:

Bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

                                                                                                    

 

13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər:

Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, order, etibarnamə, vəsatətlər və s.

                                                                                                        
 
 

 

14. İmza və tarix:

 

14.1. Apellyasiya şikayəti verən şəxsin və vəkilin (olduğu halda) imzası

Şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.

14.2. Tarix



 

Əlavə 3

Kassasiya şikayətinin forması

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin

 

(şikayətin verildiyi kollegiyanın adı)

 

(Azərbaycan Respublikası Ali Məhkəməsinin ünvanı)

 

KASSASİYA ŞİKAYƏTİ

 

1. Kassasiya şikayəti verən şəxs 

1.1. Ad (fiziki və ya hüquqi şəxsin):______________________________________

1.2. Soyad (fiziki şəxsin):_____________________________________________

1.3. Ata adı (fiziki şəxsin):_____________________________________________

1.4. Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) (fiziki şəxsin): __________________________________________________

VÖEN (hüquqi şəxsin və ya fərdi sahibkar statusuna malik fiziki şəxsin):________________________________________________________

1.5. Ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan) ______________________________________________________________

1.6. Elektron poçt ünvanı:_____________________________________________

1.7. Mobil telefon nömrəsi (və ya nömrələri):______________________________

1.8. Kassasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti ______________________________________________________________

 

2. Kassasiya şikayəti verən şəxsin vəkili

2.1. Ad:___________________________________________________________

2.2. Soyad:________________________________________________________

2.3. Ata adı:________________________________________________________

2.4. Ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan) ______________________________________________________________

2.5. Elektron poçt ünvanı:_____________________________________________

2.6. Mobil telefon nömrəsi (və ya nömrələri):______________________________

2.7. Fəaliyyət forması:

2.7.1. Fərdi qaydada

2.7.2. Vəkillik qurumu tərkibində

Vəkillik qurumunun adı __________________________________________

2.8. Orderin nömrəsi və tarixi _________________________________________

3. Kassasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi

3.1. Ad:___________________________________________________________

3.2. Soyad:________________________________________________________

3.3. Ata adı: _______________________________________________________

3.4. Ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan) ______________________________________________________________

3.5. Elektron poçt ünvanı: ____________________________________________

3.6. Mobil telefon nömrəsi (və ya nömrələri):______________________________

3.7. Etibarnamə (və ya səlahiyyəti təsdiq edən digər sənəd):

3.7.1. Etibarnamənin nömrəsi _____________________________________

3.7.2. Kim tərəfindən təsdiq edilmişdir: ______________________________

3.7.3. Verilmə tarixi: _____________________________________________

3.7.4. Qüvvədə olma müddəti: _____________________________________

4. Barəsində şikayət verilən məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat

4.1. Qətnaməni və ya qərardadı qəbul etmiş məhkəmənin adı ______________________________________________________________

4.2. Qətnamə və ya qərardadın tarixi və nömrəsi ______________________________________________________________

Qətnamə

Qərardad

4.3. Şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi:__________________

4.4. Mübahisənin predmeti

______________________________________________________________

5. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər:

Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

Sıra №

Maddi hüquq norması

Maddi hüquq normasının  pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)

     

 

6. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər:

Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir.

 

Sıra

Prosessual hüquq norması

Prosessual hüquq normasının pozuntusuna və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)

     
     

 

7. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər:

Sıra

Məhkəmə aktı

İzah

     
     

 





8. Digər məsələlər

Kassasiya şikayəti verən şəxsin məhkəmənin nəzərinə çatdırmaq istədiyi digər hüquqi məsələlər.

 

9. Kassasiya şikayəti verən şəxsin tələbi:

Bu hissədə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.

                                                                                                       
                               

10. Kassasiya şikayətinə əlavə edilmiş sənədlər

Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, order, etibarnamə, vəsatətlər və s.

 
 
 
 

11. İmza və tarix

11.1. Kassasiya şikayəti verən şəxsin imzası

Şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.

11.2. Vəkilin imzası

11.3. Tarix".

Maddə 2. Keçid müddəası

Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU