Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
20 dekabr 2021
Layihə
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5 maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 43.1-ci maddəyə “428.7,” rəqəmlərindən sonra “428.9-1,” rəqəmləri və “428.10,” rəqəmlərindən sonra “429.0.8,” rəqəmləri əlavə edilsin;
1.2. 398-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndindən “401.2,” rəqəmləri çıxarılsın;
1.3. 401-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 401. Qumar oyunları
401.1. Qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə –
inzibati xətanın törədilməsində alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir.
401.2. Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə – ;
fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir.
401.3. Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə –
fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir.
401.4. Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə –
fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir.
401.5. qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə –
fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu Məcəllədə “qumar oyunları” dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.
2. Qumar oyunlarının təşkili və ya keçirilməsi bu Məcəllənin 401.1-ci maddəsinə və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.”4
1.4. 428-ci maddə üzrə:
1.4.1. aşağıdakı məzmunda 428.9-1-ci maddə əlavə edilsin:
“428.9-1. Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının reklamına görə –
fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir.”;
1.4.2. 428.10-cu maddədə “428.9-cu” sözləri “428.9-1-ci” sözləri ilə əvəz edilsin;
1.5. 429-cu maddə üzrə:
1.5.1. adına “Lotereyalar” sözündən sonra “və idman mərc oyunları” sözləri əlavə edilsin;
1.5.2. 429.0.2-ci maddədə “yaratdığı qurumun” sözləri “müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
1.5.3. aşağıdakı məzmunda 429.0.4-cü və 429.0.5-ci maddələr əlavə edilsin:
“429.0.4. İdman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə –
fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
429.0.5. İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə –
beş yüz manat məbləğində cərimə edilir.”;
1.5.4. “Qeyd” hissəsi ləğv edilsin;
1.6. 525-ci maddə üzrə:
1.6.1. sanksiyada “müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə” sözləri “, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə beş min manat məbləğində” sözləri ilə əvəz edilsin;
1.6.2. “Qeyd” hissəsi ləğv edilsin.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti