“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
20 dekabr 2021   
    

20 dekabr 2021

Layihə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345; 2019, № 12, maddə 1881; 2020, № 3, maddə 225, № 6, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 13-2.3.7-ci maddədən “və digər qanunsuz mərc” sözləri çıxarılsın;

1.2. 13-3.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xəbərdarlığın məzmununda yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb-səhifəsinə) müraciətin məhdudlaşdırılmasına dair tələb, belə tələb üçün qanunda nəzərdə tutulmuş əsaslar, habelə müvafiq tələbə vaxtında riayət edilməyəcəyi təqdirdə görüləcək tədbirlər barədə məlumat göstərilməlidir.”;

1.3. 13-3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13-3.2. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb-səhifəsinə) müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb-səhifəsinə) müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edir.”;

1.4. 13-3.3-cü, 13-3.4-cü (hər üç halda) və 13-3.5-ci maddələrə “ehtiyatına” sözündən sonra “və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb-səhifəsinə)” sözləri əlavə edilsin;

1.5. 13-3.6-cı maddəyə hər iki halda “ehtiyatına” sözündən sonra “və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb-səhifəsinə)” sözləri, “ehtiyatını” sözündən sonra “və ya onun müvafiq hissəsini (bir və ya bir neçə veb-səhifəsini)” sözləri və “ehtiyatlarının” sözündən sonra isə “və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb-səhifəsinin)” sözləri əlavə edilsin;

1.6. 13-3.7-ci maddəyə “ehtiyatlarının” sözündən sonra “və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb-səhifəsinin)” sözləri və “ehtiyatına” sözündən sonra “və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb-səhifəsinə)” sözləri əlavə edilsin;

1.7.. 13-3.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13-3.8. İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini bu Qanunun 13-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında və ya onun müvafiq hissəsində (bir və ya bir neçə veb-səhifəsində) yayılmasının qanunla qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını və ya onun müvafiq hissəsini (bir və ya bir neçə veb-səhifəsini) şəxsin müraciəti əsasında “Yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb-səhifəsinin) Siyahısı”na daxil edir. Həmin internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb-səhifəsinə) müraciətin məhdudlaşdırılması üçün bu Qanunun 13-3.7-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.”.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU