Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
01 fevral 2022   
    

01 fevral 2022

Layihə 
 
 
A Z Ə R B A Y C A N   R E S P U B L İ K A S I N I N   Q A N U N U
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344,   № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438,     № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681,      № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894) aşağıdakı dəyişikliklər edilsin:
 
1. 81.2-ci  maddədə “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Parklanma yerlərində istifadə edilən xüsusi texniki vasitələr nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını, parklanma müddətini (parklanma yerinə daxil olma və oranı tərketmə vaxtını), parklanmaya görə edilmiş və ya edilməmiş ödənişləri, 48 saatdan artıq müddətdə parklanma yerində saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları, habelə parklanma müddəti məhdudlaşdırılan yerlərdə nəqliyyat vasitəsinin müəyyən olunan müddətdən artıq saxlanması faktını qeydə almalı və həmin məlumatları real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürməlidir.”. 
 
2. 97.1-ci maddədə “yanında deyildirsə),” sözləri “yanında deyildirsə və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaradırsa) və ya bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi halda” sözləri ilə əvəz edilsin. 
 
3. 97.3-cü maddənin birinci cümləsində “dayanma və durma qaydalarının pozulduğuna görə,” sözləri “bu Məcəllənin 346.1-ci, 346.1-1-ci, 346.2-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə, habelə” sözləri ilə əvəz edilsin.
 
4. 122.1-ci maddənin birinci cümləsində “346.3, 346-1.1, 346-1.5” rəqəmləri      “346, 346-1.1 – 346-1.5” rəqəmləri ilə əvəz edilsin, həmin maddəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin və həmin maddədən “mərkəzi” sözü (hər üç halda) çıxarılsın. 
 
5. Aşağıdakı məzmunda 122.1-1-ci maddə əlavə edilsin:
“122.1-1. Bu Məcəllənin 346.1-ci, 346.1-1-ci, 346.2-ci maddələrində (bu Məcəllənin 97.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati tənbehvermə haqqında elektron qərar çıxarıldıqdan sonra həmin nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağına aparılması üçün bu barədə məlumat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşına ötürülür. Həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağına aparılması təmin edilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir.”.
 
6. 122.5-ci maddənin ikinci, 124.4-cü maddənin birinci və dördüncü, 124.5-ci maddənin üçüncü, 124.6-cı maddənin üçüncü cümlələrində, 125.2.3-cü maddədə,    125.3-cü maddənin ikinci cümləsində və 126.3-cü maddədə “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.
 
7. 110.3-cü, 122.2-ci, 123.1-ci maddələrdə, 123.2-ci maddənin üçüncü cümləsində, 124.1-ci maddənin ikinci və üçüncü cümlələrində, 125.1-ci, 125.6-cı maddələrdə, 127-1.1-ci maddənin ikinci cümləsində, 127-1.4-cü, 127-1.6-cı maddələrdə, 339.5-ci maddəsində “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin. 
 
8. 124.4-cü maddənin birinci cümləsinə, 124.5-ci maddənin üçüncü cümləsinə və 124.6-cı maddənin üçüncü cümləsinə “operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter” sözlərindən sonra “, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun üstündə tanınma nişanları olan nəqliyyat vasitəsində quraşdırılmış və ya həmin qurumun vəzifəli şəxsinə təhkim olunmuş kompüter” sözləri əlavə edilsin.
 
9.  124.5-ci maddənin birinci cümləsinə və 124.6-cı maddənin birinci cümləsinə “346.1” rəqəmlərindən sonra “, 346.1-1” rəqəmləri əlavə edilsin.  
 
10.  124.5-ci maddənin “Qeyd” hissəsində “124.5-ci maddəsində” sözləri “97.1-ci və 124.5-ci maddələrində” sözləri ilə əvəz edilsin. 
 
11. Aşağıdakı məzmunda 124.7-ci maddə əlavə edilsin:
“124.7. Bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulan inzibati tənbehvermə haqqında qərar bu Məcəllənin 122.2-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin istifadəçisi barəsində tərtib edilir. Həmin maddələrdə göstərilən inzibati xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllənin 123-cü maddəsində müəyyən edilən qaydada həyata keçirilir.”.
 
12. 125.4-cü maddədə və 150.4-cü maddənin üçüncü cümləsində “orqanlarının informasiya sistemlərinə” sözləri “orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə” sözləri ilə əvəz edilsin.
 
13. 127-2-ci maddə ləğv edilsin. 
 
14.  341-ci maddənin dispozisiyasına və “Qeyd” hissəsinə “346.1” rəqəmlərindən sonra “, 346.1-1” rəqəmləri əlavə edilsin.
 
15.  346-cı maddə üzrə:
15.1. 346.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“346.1. Bu Məcəllənin 346.1-1-ci, 346.2-ci, 346.3-cü və 346-1-ci maddələrində göstərilən hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə –”;
15.2. aşağıdakı məzmunda 346.1-1-ci maddə əlavə edilsin:
“346.1-1. Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və ya sonrakı cərgələrdə, qanunsuz olaraq səkilərdə, habelə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və ya durmasına görə –
qırx manat məbləğində cərimə edilir.”;
15.3.  346.2-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin 1.17, 1.17.1 nişanlanma xətti ilə işarələnmiş dayanacaq meydançasında, həmin meydançanın, belə meydança olmadıqda isə 5.12, 5.13 yol nişanlarının hər iki tərəfindən 15 metrdən az yaxınlıqda, habelə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə –”.
 
16.  346-1-ci maddə  üzrə:
16.1. maddənin adına “Parklanma” sözündən sonra “yerlərinin təşkili və istifadəsi” sözləri əlavə edilsin;
16.2. 346-1.1-ci maddədə “Nəqliyyat” sözü “Ödənişli parklanma yerlərində nəqliyyat” sözləri ilə əvəz edilsin;
16.3.  346-1.2-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“346-1.2. Parklanma yerində müvafiq yol nişanları və nişanlanma xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda –”;
16.4. 346-1.3-cü və 346-1.4-cü maddələrin sanksiyalarında “on” sözü “iyirmi” sözü ilə əvəz edilsin;
16.5.  346-1.5-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“346-1.5. Nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq müddətə parklanmasına görə, yaxud parklanma müddəti və vaxtı məhdudlaşdırılmış parklanma yerində müəyyən olunmuş müddətdən artıq parklanmasına görə –”;
16.6. aşağıdakı məzmunda 346-1.6-cı maddə əlavə edilsin:
“346-1.6. Dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə –
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.”.
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU