Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında
31 may 2023
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icra olunmuş gəlirləri və xərcləri aşağıdakı kimi qəbul edilsin:
Sıra |
Göstəricilər |
Məbləğ |
---|---|---|
2.1. |
Gəlirlərin mənbələri |
30 679 646 449 |
2.1.1. |
Fiziki şəxslərin gəlir vergisi |
1 474 403 755 |
2.1.2. |
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi |
8 522 483 078 |
2.1.3. |
Hüquqi şəxslərin torpaq vergisi |
47 399 705 |
2.1.4. |
Hüquqi şəxslərin əmlak vergisi |
231 463 268 |
2.1.5. |
Əlavə dəyər vergisi |
6 946 228 887 |
2.1.5.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi |
4 003 422 613 |
2.1.6. |
Sadələşdirilmiş vergi |
323 313 075 |
2.1.7. |
Aksizlər |
1 358 942 698 |
2.1.7.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər |
168 897 830 |
2.1.8. |
Yol vergisi |
148 514 382 |
2.1.8.1. |
Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi |
62 312 889 |
2.1.9. |
Mədən vergisi |
160 962 145 |
2.1.10. |
Gömrük rüsumları |
1 419 969 057 |
2.1.11. |
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar |
222 949 735 |
2.1.12. |
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar |
1 810 700 |
2.1.13. |
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər |
130 656 800 |
2.1.14. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) |
7 923 000 000 |
2.1.15. |
Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar |
24 855 474 |
2.1.16. |
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar |
9 643 606 |
2.1.17. |
Dövlət rüsumu |
312 713 914 |
2.1.18. |
Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar |
18 576 598 |
2.1.19. |
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar |
804 057 877 |
2.1.20. |
2022-ci il yanvarın 1-nə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarının vəsaitinin qalığı |
183 300 000 |
2.1.21. |
Sair daxilolmalar |
414 401 695 |
2.2. |
Xərclərin istiqamətləri |
32 064 567 970 |
2.2.1. |
Ümumi dövlət xidmətləri |
4 099 453 797 |
2.2.1.1. |
qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti |
1 321 004 687 |
2.2.1.2. |
beynəlxalq münasibətlər |
348 629 829 |
2.2.1.3. |
xarici yardımlar |
10 974 095 |
2.2.1.4. |
elm |
167 788 451 |
2.2.1.5. |
seçkilərin keçirilməsi və statistika tədbirləri |
27 541 000 |
2.2.1.6. |
büdcələrarası transfertlər |
431 515 735 |
2.2.1.6.1. |
yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya |
5 215 735 |
2.2.1.6.2. |
yerli (bələdiyyələr) büdcələrə verilən subvensiya |
1 300 000 |
2.2.1.6.3. |
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya |
425 000 000 |
2.2.1.7. |
dövlət borcu |
1 792 000 000 |
2.2.2. |
Müdafiə və milli təhlükəsizlik |
4 896 282 561 |
2.2.2.1. |
müdafiə qüvvələri |
1 981 772 669 |
2.2.2.2. |
milli təhlükəsizlik |
300 122 882 |
2.2.2.3. |
sərhəd xidməti |
424 387 097 |
2.2.2.4. |
müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar |
4 116 364 |
2.2.2.5. |
müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər |
2 185 883 549 |
2.2.2.5.1. |
xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər |
2 179 569 118 |
2.2.3. |
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq |
2 366 651 606 |
2.2.3.1. |
məhkəmə hakimiyyəti |
128 916 786 |
2.2.3.2. |
hüquq mühafizə |
1 771 305 245 |
2.2.3.3. |
prokurorluq |
110 046 192 |
2.2.3.4. |
məhkəmə qərarlarının icrası |
8 186 177 |
2.2.3.5. |
hüquqi yardım |
6 049 725 |
2.2.3.6. |
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər |
342 147 481 |
2.2.4. |
Təhsil |
3 696 452 936 |
2.2.4.1. |
məktəbəqədər təhsil |
361 073 680 |
2.2.4.2. |
ümumi təhsil |
2 044 732 090 |
2.2.4.3. |
peşə təhsili |
51 034 717 |
2.2.4.4. |
orta ixtisas təhsili |
82 935 910 |
2.2.4.5. |
ali təhsil |
418 955 828 |
2.2.4.6. |
əlavə təhsil |
7 352 830 |
2.2.4.7. |
təhsil sahəsində tətbiqi tədqiqatlar |
5 225 352 |
2.2.4.8. |
təhsil sahəsində digər müəssisə və tədbirlər |
725 142 529 |
2.2.5. |
Səhiyyə |
1 417 907 683 |
2.2.5.1. |
poliklinikalar və ambulatoriyalar |
1 626 316 |
2.2.5.2. |
xəstəxanalar |
156 807 136 |
2.2.5.3. |
səhiyyə sahəsində tətbiqi tədqiqatlar |
1 983 082 |
2.2.5.4. |
səhiyyə sahəsində proqramlar və digər xidmətlər |
1 257 491 149 |
2.2.5.4.1. |
əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı |
1 122 653 588 |
2.2.6. |
Sosial müdafiə və sosial təminat |
3 464 365 772 |
2.2.6.1. |
sosial müdafiə |
249 483 029 |
2.2.6.2. |
sosial təminat |
4 807 771 |
2.2.6.3. |
sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar |
26 577 |
2.2.6.4. |
sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər |
3 210 048 395 |
2.2.6.4.1. |
dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait |
1 131 967 169 |
2.2.7. |
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət |
404 583 607 |
2.2.7.1. |
mədəniyyət və incəsənət sahəsində fəaliyyət |
184 593 725 |
2.2.7.2. |
televiziya, radio və nəşriyyat |
54 093 134 |
2.2.7.3. |
bədən tərbiyəsi və gənclər siyasəti |
37 191 652 |
2.2.7.4. |
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər |
128 705 096 |
2.2.8. |
Mənzil və kommunal təsərrüfatı |
267 230 267 |
2.2.8.1. |
mənzil |
46 551 725 |
2.2.8.2. |
kommunal təsərrüfatı |
115 061 803 |
2.2.8.3. |
su təsərrüfatı |
14 497 038 |
2.2.8.4. |
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər |
91 119 701 |
2.2.9. |
Kənd təsərrüfatı |
920 141 449 |
2.2.9.1. |
kənd təsərrüfatı tədbirləri |
462 596 840 |
2.2.9.2. |
baytarlıq |
36 504 983 |
2.2.9.3. |
meliorasiya |
413 917 528 |
2.2.9.4. |
kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər |
7 122 098 |
2.2.10. |
Ətraf mühitin mühafizəsi |
281 646 641 |
2.2.10.1. |
bioloji zənginliyin qorunması |
6 699 032 |
2.2.10.2. |
hidrometeorologiya tədbirləri |
8 845 890 |
2.2.10.3. |
meşə təsərrüfatı |
13 843 240 |
2.2.10.4. |
balıqçılıq və ovçuluq |
1 276 521 |
2.2.10.5. |
ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi |
250 796 611 |
2.2.10.6. |
ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər |
185 347 |
2.2.11. |
İqtisadi fəaliyyət |
6 961 284 166 |
2.2.11.1. |
nəqliyyat və rabitə |
203 087 925 |
2.2.11.2. |
iqtisadi və kommersiya fəaliyyəti |
43 199 596 |
2.2.11.3. |
tikinti və şəhərsalma |
5 961 154 859 |
2.2.11.3.1. |
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) |
3 280 415 134 |
2.2.11.3.2. |
işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası |
2 665 408 636 |
2.2.11.4. |
geodeziya və faydalı qazıntılar |
7 259 841 |
2.2.11.5. |
yanacaq və enerji kompleksi |
1 900 000 |
2.2.11.6. |
iqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər |
744 681 945 |
2.2.12. |
Əsas bölmələrə aid edilməyən xərclər |
3 287 061 812 |
2.2.12.1. |
ehtiyat fondları |
1 975 808 415 |
2.2.12.1.1. |
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu |
517 871 983 |
2.2.12.1.2. |
dövlət büdcəsinin ehtiyat fondu |
1 457 936 432 |
2.2.12.2. |
məqsədli büdcə fondları |
655 234 777 |
2.2.12.2.1. |
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları |
655 234 777 |
2.2.12.3. |
valyuta konvertasiyası |
2 893 931 |
2.2.12.4. |
əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət |
653 124 689 |
2.2.12.4.1. |
dövlət ehtiyatlarının yaradılması |
42 316 300 |
2.2.12.4.2. |
fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər |
19 839 975 |
2.2.12.4.3. |
ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər |
10 587 364 |
2.2.12.4.4. |
sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər |
580 381 050 |
2.2.13. |
2022-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği |
1 505 673 |
2.3. |
Dövlət büdcəsinin kəsiri |
1 384 921 521 |
2.4. |
2023-cü il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı |
860 367 727 |
Maddə 3. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilsin.
Azərbaycan Respublikasının Prezidenti