Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
09 iyun 2023   
    

09 iyun 2023

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344,   № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138; № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828, № 11, maddə 1236, № 12, maddələr 1364, 1399; 2023, № 1, maddələr 17, 20, 32, 39; № 2, maddələr 149, 201, 204; Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 837-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 43.1-ci maddəyə “438.3,” rəqəmlərindən sonra “440.3,” rəqəmləri əlavə edilsin.
2. 421-ci, 435-ci, 463-cü, 472-ci maddələrin dispozisiyasında, 473.2-ci və 473.3-cü maddələrdə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin. 
2. 434-cü və 471-ci maddələr ləğv edilsin.
3. 439-cu maddə üzrə:
3.1. 439.1-ci maddədən “müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və” sözləri çıxarılsın;
3.2. 439.2-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“439.2. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial və maliyyə hesabatlarının Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -”.
4. Aşağıdakı məzmunda 440.3-cü maddə əlavə edilsin:
“440.3. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.”.
5. 462.1-ci maddəyə “(quruma)” sözündən sonra “və Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri əlavə edilsin.
6. 478-ci maddənin adında və dispozisiyasında “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin.
7. 548-ci maddə üzrə:
7.1. maddənin adında və 548.2-ci maddədə “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin;
7.2. 548.1-ci maddədə “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə, “həmin orqanların” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin;
7.3. 548.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU