Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
08 oktyabr 2024   
    

08 oktyabr 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498; Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli, 21 may tarixli  1157-VIQD nömrəli və 24 may tarixli 1163-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 58.2-ci maddədən “və ya yük” sözləri çıxarılsın;
1.2. 221.4.7-ci maddə üzrə:
1.2.1. birinci hissənin birinci cümləsindən “və yük” sözləri çıxarılsın;
1.2.2. ikinci hissənin birinci cümləsindən “(yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna olmaqla)” sözləri çıxarılsın;
1.2.3. dördüncü hissə ləğv edilsin.
Maddə 2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498; Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 
2.1. 14.5-ci maddə üzrə:
2.1.1. 14.5.1-ci maddənin birinci abzasına “sahibkarlıq” sözündən əvvəl “bu Qanunun 14.5.7-ci maddəsi istisna olmaqla,” sözləri, “üzrə – ” sözündən sonra “2026-cı il yanvarın 1-dək” sözləri əlavə edilsin;
2.1.2. 14.5.1-1-ci maddəyə “üçün” sözündən sonra “2026-cı il yanvarın 1-dək” sözləri əlavə edilsin;
2.1.3. 14.5.1-1.10-cu maddədən “və yük” sözləri çıxarılsın;
2.1.4. 14.5.1-2-ci maddənin birinci abzasında  birinci halda “maddəsində” sözü “və 14.5.7-ci maddələrində” sözləri ilə əvəz edilsin və həmin maddəyə “məbləği” sözündən sonra “2026-cı il yanvarın 1-dək” sözləri əlavə edilsin;
2.1.5. 14.5.5-ci maddəyə “gəlirlərinin” sözündən əvvəl “2026-cı il yanvarın 1-dək” sözləri əlavə edilsin;
2.1.6. aşağıdakı məzmunda 14.5.7-ci maddə əlavə edilsin:
“14.5.7. fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsilə yük daşıma fəaliyyəti üzrə - 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.”;
2.2. 14.6-1-ci maddəyə “haqqı” sözündən sonra “2026-cı il yanvarın 1-dək” sözləri əlavə edilsin;
2.3. 15-ci maddənin üçüncü abzasından “, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin” sözləri çıxarılsın.
Maddə 3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I) 15-11.4-cü maddəsinin birinci və ikinci cümlələrindən “və yük” sözləri çıxarılsın. 
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU