İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında

Qanun layihələri
25 noyabr 2024   
    

25 noyabr 2024

Layihə

Azərbaycan Respublikasının Qanunu
İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında
 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

1.1. İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260 700 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

1.1.1. İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat;

1.1.2. İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000,0 manat.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2025-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra №-si

Gəlirlərin mənbələri

Məbləğ

(manatla)

2.1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi,   o cümlədən:

206 330 000,0

2.1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

24 882 000,0

2.1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

24 882 000,0

2.1.3.

qeyri-büdcə sektoru üzrə

156 566 000,0

2.2.

Sair gəlirlər

70 000,0

 

Maddə 3. Xərclər

Müəyyən edilsin ki, işsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:                                                                                                

Sıra №-si

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

3.1.

İşsizliyə görə sığorta ödənişləri

17 000 000,0

3.2.

Peşə hazırlığı və əlavə təhsilin təşkili

35 000 000,0

3.3.

Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi

1 500 000,0

3.4.

Əmək yarmarkalarının, əmək birjalarının təşkili

500 000,0

3.5.

Haqqı ödənilən ictimai işlərin təşkili

3 700 000,0

3.6.

Özünüməşğulluq tədbirlərinin təşkili

77 000 000,0

3.7.

Sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi

4 000 000,0

   3.8.

Peşə standartlarının hazırlanması

1 000 000,0

 

   3.9.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri

 

 

67 000 000,0

 

  3.10.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri

50 000 000,0

 

  3.11.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması

 

1 000 000,0

3.12.

Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi

2 000 000,0

3.13.

Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri

1 000 000,0

 

Maddə 4. Maliyyələşmə mənbəyi

İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən məbləğ 54 300 000,0 manat təşkil edir.

Maddə 5. Qalıqlardan istifadə

İşsizlikdən sığorta fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilir.

Maddə 6. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.     

              Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU