Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında
25 noyabr 2024
Layihə
Azərbaycan Respublikasının Qanunu
Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
1.1. Dövlət sosial müdafiə fondunun 2025-ci il üzrə xərcləri 7 676 420 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
1.1.1. Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri 7 617 400 000,0 manat;
1.1.2. Dövlət sosial müdafiə fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 59 020 000,0 manat.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2025-ci ildə dövlət sosial müdafiə fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si |
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
2.1. |
Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: |
5 997 400 000,0 |
2.1.1. |
büdcədən maliyyələşən təşkilatlar üzrə |
1 791 476 400,0 |
2.1.2. |
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə |
244 292 200,0 |
2.1.3. |
qeyri-büdcə sektoru üzrə o cümlədən: |
3 961 631 400,0 |
2.1.3.1. |
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə |
80 680 000,0 |
2.2. |
Sair daxilolma, o cümlədən: |
20 000 000,0 |
2.2.1. |
Sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar |
2 600 000,0 |
2.3. |
Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait |
1 600 000 000,0 |
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Sıra №-si |
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
3.1. |
Əhaliyə ödənişlər üzrə xərclər |
7 408 940 000,0 |
3.1.1. |
əmək pensiyalarının ödənilməsi xərcləri |
7 210 530 000,0 |
3.1.2. |
məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri, o cümlədən: |
198 410 000,0 |
3.1.2.1. |
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə |
48 410 000,0 |
3.1.2.2. |
hamiləliyə və doğuma görə |
65 000 000,0 |
3.1.2.3. |
uşağın anadan olmasına görə |
35 000 000,0 |
3.1.2.4. |
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar |
10 000 000,0 |
3.1.2.5. |
dəfn üçün |
40 000 000,0 |
3.2. |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər |
25 000 000,0 |
3.3. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri |
87 040 000,0 |
3.4. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri |
149 370 000,0 |
3.5. |
Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri |
70 000,0 |
3.5.1. |
Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri |
40 000,0 |
3.5.2. |
Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri |
30 000,0 |
3.6. |
Sair xərclər |
6 000 000,0 |
Maddə 4. Maliyyələşmə mənbəyi
Dövlət sosial müdafiə fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən məbləğ 59 020 000,0 manat təşkil edir.
Maddə 5. Qalıqlardan istifadə
Dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilir.
Maddə 6. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil olmadıqda, dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılır.
Maddə 7. Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti