“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- II OXUNUŞ
- Müzakirədə iştirak edin
07 mart 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 1997 (Cild I); 2024, № 5 (I kitab), maddə 489; Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 68-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 12-ci maddə üzrə:
1.1. 12.1-ci maddədə “Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) və kredit” sözləri “Kredit” sözü ilə əvəz edilsin;
1.2. 12.2.3-cü maddədən “bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, digər” sözləri çıxarılsın.
2. 15.5-ci maddədən “və bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər” sözləri çıxarılsın.
3. 22.6-cı maddədən “nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər və” sözləri çıxarılsın.
4. 23.3-2-ci maddə ləğv edilsin.
Azərbaycan Respublikasının Prezidenti